» » Nazirlikdən komaya düşən qızla bağlı açıqlama

Nazirlikdən komaya düşən qızla bağlı açıqlama

Nazirlikdən komaya düşən qızla bağlı açıqlama

Səhiyyə Nazirliyi (SN) Bakıda "Grand Hospital”da həkim səhlənkarlığı səbəbindən 1997-ci il təvəllüdlü Ayşən Mirzəyevanın komaya düşməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Djb.az xəbər verir ki, nazirlikdən Trend-ə bildirilib ki, klinikada belə bir hadisənin baş verməsindən məlumatsızdırlar.

SN-dən əlavə edilib ki, hadisənin baş verdiyi müəssisə özəl olduğundan araşdırmanın aparılması üçün zərərçəkənin ya qohumları, ya da hüquq-mühafizə orqanları SN-ə müraciət etməlidirlər. Lakin indiyədək nə qohumlar, nə də hüquq-mühafizə orqanları tərəfindən nazirliyə müraciət daxil olmayıb. Bu səbəbdən də SN özəl klinikada baş vermiş hadisə ilə əlaqədar hər hansı araşdırma aparmır.

Qeyd edək ki, yayılan məlumatlara görə, noyabrın 30-da damarın hemangioması diaqnozu ilə xəstəxanaya aparılan 1997-ci il təvəllüdlü Ayşən Mirzəyevaya anju olunub.

Məlumatda daha sonra bildirilib: "Xəstəxanada çalışan invaziv radioloq İlqar Hüseynov qızın ailəsinə göz qapağının altında olan ləkənin aparılması üçün əməliyyat lazım olduğunu deyib. Həkim həmin hissəyə gedən damarın bağlanılacağını, bununla da problemin həll olunacağını bildirib. Lakin əməliyyat zamanı damarı bağlamaq üçün istifadə olunan material beyinə gedib və orada ilişib qalıb. Bu isə Ayşənin komaya düşməsinə səbəb olub. Həkimlər qızın sağalacağına ümid etmirlər".
Oxşar xəbərlər
«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031