» » Bakıda riskli cərrahi əməliyyat - FOTOLAR

Bakıda riskli cərrahi əməliyyat - FOTOLAR

Bakıda riskli cərrahi əməliyyat - FOTOLAR
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının həkimləri növbəti riskli və uğurlu əməliyyata imza atıblar.

Modern.az bu haqda klinikanın ortopediya və travmatologiya şöbəsinin müdiri, assistent, t.ü.f.d. Cəfər Nəsirli məlumat verİB.

Onun sözlərinə görə 50 yaşlı A tip hemofiliyalı kişi xəstə sağ diz oynağının artrozu dianozu ilə klinikaya müraciət edib:

“Məlum olub ki, bundan əvvəl həmin pasiyent Almaniyada əməliyyat olunub. Lakin əməliyyat uğursuz alınıb.

Xəstənin diz oynağı “sementlənərək dondurulub”. Belə ki, bundan sonra xəstənin ayağı normal hərəkət etməyib. Bu nəticəni gördükdən sonra xəstə bizim klinikaya müraciət edib. Biz xəstənin sağ diz oynağının reviziyon endoprotezləşdirilməsi cərrahi əməliyyatını icra etdik. Pasiyent hemofiliya xəstəsi olduğundan belə bir əməliyyatın aparılması daha çox riskli idi. Çünki əməliyyat zamanı qanaxma da ola bilərdi. Lakin həkimlərimiz bu ağır əməliyyatın öhdəsindən müvəffəqiyyətlə gəldilər”.

Qeyd edək ki, bundan əvvəl C.Nəsirli həmin xəstənin sol dizinə süni oynaq köçürülməsi icra edib. Bu dəfə daha geniş əməliyyat xəstənin sağ dizində uğurla keçirilib. Əməliyyat 4 saat davam edib. Əməliyyatın riskli olmasına baxmayaraq, əməliyyat uğurla aparılıb. Xəstə artıq əməliyyatdan 1 həftə sonra ayağa durub gəzə bilir.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
Aydın Ulusoyla baxış bucağı
Aydın Ulusoyla baxış bucağı
SAVADIN QİYMƏTİ NƏ QƏDƏRDİR? XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda Читать далее
Nuray Dənizin maraq otağı silsiləsindən
Nuray Dənizin maraq otağı silsiləsindən
BİZ HARDAN GƏLİRİK VƏ HARA GETMƏLİYİK? Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir Читать далее
Xədicə Abdulla araşdırma
Xədicə Abdulla araşdırma
QANDİNİN QƏRİBƏLİKLƏRİ Şiddətsiz inqilab etməyin mümkünlüyünü nümayiş etdirsə də, əslində Mahatma Qandi müqəddəs deyildi. Читать далее
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930