» » Baş həkim: "Bakı üzrə təcili yardıma müraciətlərin 60%-i əsassız çağırışlardır"

Baş həkim: "Bakı üzrə təcili yardıma müraciətlərin 60%-i əsassız çağırışlardır"

Baş həkim: "Bakı üzrə təcili yardıma müraciətlərin 60%-i əsassız çağırışlardır" “Bu gün Azərbaycanda təcili yardımın pullu olması real deyil. Hazırda təcili yardımın bütün xərcləri dövlət hesabına təmin olunur. Bizim tərəfimizdən hər hansı rəsmi təklif hazırlanaraq dövlət qurumlarına təqdim edilməyib. Təcili yardıma əsassız daxil olan müraciətlərlə bağlı səsləndirilən fikirlər sadəcə, şifahi formada edilən təkliflərdir. Bununla bağlı dövlət tərəfindən qanun qəbul edilməsə, onun icrası mümkünsüzdür”.
Bu sözləri Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev təcili tibbi yardımın pullu olması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirərkən deyib.
R. Nağıyev xatırladıb ki, stansiya dövlət büdcəsindən maliyyələşən müəssisədir. Onun sözlərinə görə, təcili yardımdan sui-istifadə edən vətəndaş bilməlidir ki, dövlət büdcəsinə ziyan vurur: “Çünki hər bir çağırış dövlət tərəfindən qiymətləndirilir. Təcili yardım xidməti büdcədən istər sığortalı təbabət, istərsə də digər formada pulsuzdur. Bu gün əsassız müraciətlər Bakı şəhəri üzrə çağırışların 60%-ni təşkil edir. Müraciətlərin cəmi 40%-i təcili yardıma aid olan çağırışlardır. Vətəndaş bilməlidir ki, əgər təcili yardımdan sui-istifadə edirsə, buna görə məsuliyyət daşımalıdır. Büdcədən təcili yardıma ayrılan vəsait qanunauyğun şəkildə, bərabər qaydada xərclənməlidir. Əsassız çağırışların ucbatından digər daha önəmli çağırışları icra edə bilmirik. Ağır xəstələr olur ki, nəticədə onlara gecikmə ilə yardım göstərilir. Vətəndaş gecə yata bilmir və ya qızdırması 37-dən biraz qalxan kimi (təcili yardım qızdırma 38-ə qalxana qədər heç bir müdaxilə etməməlidir) təcili yardım çağırır”.
Baş həkim qeyd edib ki, vətəndaş əsassız müraciət etdiyi halda, buna görə məsuliyyət daşımalıdır. Digər ölkələrdə olduğu kimi, ayrılan xərcin həmin vətəndaşın özü tərəfindən ödənməli olduğunu söyləyən R. Nağıyev bildirib ki, əsassız müraciət digər vacib və daha ağır xəstələrə zərər verə, bu da ölümlə nəticələnə bilər.
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930