» » Soyuqdəymə, yoxsa virus? - Baş terapevtdən qrip açıqlaması

Soyuqdəymə, yoxsa virus? - Baş terapevtdən qrip açıqlaması

Soyuqdəymə, yoxsa virus? - Baş terapevtdən qrip açıqlaması

Azərbaycanda qrip epidemiyasının yayılması barədə yayılan məlumatlar əsassızdır.

Bunu Oxu.Az-a açıqlamasında respublikanın baş pediatrı Yaqub Qurbanov deyib.

Onun sözlərinə görə, soyuqdəymə kimi xarakterizə olunan bu xəstəlik fəsil dəyişikliyi ilə bağlıdır.

“Fəsildən fəslə keçəndə insan orqanizminin müqaviməti ona uyğunlaşır. Bəzi adamlarda bu uyğunlaşma getmir. Müdafiə qüvvəsi zəifləyir. Bu zaman insanda soyuqdəymə, temperaturun yüksəlməsi baş verir. Bəzən bunu virus da adlandırırlar”.

Baş terapevt belə hallar müşahidə olunduqda həkimə müraciət olunmasını məsləhət görür. Yaqub Qurbanov soyuqdəyməyə yoluxanların antibiotikdən istifadəsini düzgün saymır.

“Antibiotiklərdən istifadə belə hallarda həmişə səmərəli olmur və bəzən də ağırlaşmalara səbəb olur. Hazırda Azərbaycanda hər hansı qrip epidemiyası müşahidə olunmur və belə təhlükə gözlənilmir”.

Qeyd edək ki, son günlər havaların soyuq keçməsi nəticəsində qripə yoluxanların sayı artıb.

Bu isə əhali arasında epidemiyanın yayılması ilə bağlı narahatlığa yol açıb.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031