Главная > medeniyyet > Azərbaycanda daha bir Əməkdar artist koronavirusa yoluxdu - VİDEO

Azərbaycanda daha bir Əməkdar artist koronavirusa yoluxdu - VİDEO


29-05-2020, 11:13. Разместил: djbaz
Azərbaycanda daha bir Əməkdar artist koronavirusa yoluxdu - VİDEO

Əməkdar artist Şəfəq Əliyevanın ardından bu dəfə digər bir əməkdar artist, İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru Sərvər Əliyev də koronavirusa yoluxub.

KONKRET.az Xəzər TV-yə istinadla xəbər verir ki, Əməkdar artistin insanlara maraqlı məsləhəti də olub

Daha bir aktyor koronavirusa yoluxub. İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, əməkdar artist Sərvər Əliyev xəstəxanaya yerləşdirilib.

Hazırda vəziyyəti stabil olan rejisorun sözlərinə görə xəstəliyin ilkin əlamətlərini hiss etsə də, amma ilk başda həkimə müarciət etməyib. Lakin daha sonra vəziyyətin gərginləşdiyini görüb, həkim çağırıb.

Rejisorun sözlərinə görə, ailə üzvlərindən narahat olsa da amma onlardan alınan testin cavabı neqativ çıxıb.

Sərvər Əliyev koronavirusa dırnaq arası baxanlara da səslənib.

Qeyd edək ki, bundan əvvəl Əməkdar artist Şəfəq Əliyevanın koronavirus testinin nəticəsi pozitiv çıxmışdı./baku.ws


Вернуться назад