Главная > medeniyyet > Bayraq Gününə həsr olunan konsert keçiriləcək

Bayraq Gününə həsr olunan konsert keçiriləcək


8-11-2019, 10:54. Разместил: djbaz
Bayraq Gününə həsr olunan konsert keçiriləcək

Bu gün saat 19:00-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbi 9 noyabr – "Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü"nə həsr olunan “Yeni nəfəs” adlı solo konsert proqramı təqdim edəcək.

Open.az xəbər verir ki, konsertdə təhsil müəssisəsinin şagirdləri gözəl ifaları ilə çıxış edəcəklər. Həmçinin məktəbin direktoru, Azərbaycan Respublikasının Xalq artisti Fidan Hacıyeva öz ifası ilə azyaşlı şagirdlərə dəstək olacaq.
Вернуться назад