Главная > medeniyyet > DİDİMDƏ AZƏRBAYCANI ŞAİRƏ AYBƏNİZ QARAGİLƏ TƏMSİL ETDİ

DİDİMDƏ AZƏRBAYCANI ŞAİRƏ AYBƏNİZ QARAGİLƏ TƏMSİL ETDİ


8-10-2019, 08:18. Разместил: djbaz

Oktyabrın beşi Yedi Bölge Şair, Ozan Ve Yazarlar Kültür Dərnəyi Didimdə möhtəşəm bir tədbir təşkil edərək müxtəlif bölgələrdən şair və yazarları bir araya topladı. İki gün çəkən bu tədbirdə 500 dən çox iştirakçı, şair,yazar və ozanlar vardı. Tədbir ilk olaraq Atatürkün xatirəsi bir dəqiqilik sükutla yad edilməklə başladı, sonra Türkiyə Cumhuriyyətinin İstiqlal marşı səsləndi. Yedi Bölge Şair Ozan Ve Yazarlar Kültür Dərnəyi genel başkanı Birsen Kırhan Anacak xanım çıxış edərək bütün qonaqları salamladı və bu dərnəyin məqsədindən danışdı. Daha sonra bütün qonaqlar sıra ilə çıxış edərək şeirlər və türkülər səsləndirdilər. Azərbaycandan olan Dərnəyin ölkələr arası danışmanı, "Türk dünyası" qəzetinin təsisçisi və baş redaktor,Turana Açılan Könüllər Ədəbi Məclisinin rəhbəri Aybəniz Qarağilə Qafarlı çıxış edərək qonaqları salamladı, dəvətə görə təşəkkürünü bildirdi və türk şairəsi Nilufer Açılan Yıldızın onun Xocalı faciəsinə anlatdıqlarından bəhrələnərək Xocalıdan bəhs edən kitabın nəşri üçün də xüsusi təşəkkürünü bildirdi. Bizim qardaş ölkəmizin işğalda olunan bölgələrimizə belə həssas yanaşmaları hər kəsi çox duyğulandırdı. Daha sonra gənc şairə Esmira Günəşin səsləndirdiyi Azərbaycan şeirinin sədalarında isə türk qardaşlarımız səhnəyə Azərbaycan bayrağı ilə çıxaraq çoşquyla bayrağımızı dalğalandırdılar. Ölkəmizi layiqincə təmsil edən şairlərimiz Elməddin Həbiboğlu, Lətafət Cabbarlı,qiraətçi şairə Nailə Əliyeva, aşıq Araz Ağayev və hər kəsdə qiptə ediləcək duyğular yaradan Qarabağ qazimiz Nəzakət Məmmədovanın hərbi geyimlə səhnəyə gəlməsi möhtəşəm alqışlarla qarşılandı.Hər kəs Azərbaycanlıların böyük Vətən sevgisini alqışlarla qarşıladı. İştirak edən qonaqlar Onur bəlgəsi və Şərəf ödülü plaketi ilə təltif olundular. Təltif zamanı Aybəniz Qaragilə Qafarlının şairə Esmira Günəşi Yedi Bölge Şair, Ozan Ve Yazarlar Kültür Dərnəyinin Azərbaycan təmsilçisi və şair Elməddin Həbiboğlu dərnəyin Azərbaycanda medya təmsilçisi elan etməsi bir sürpriz oldu. Sonda hər kəs xatirə şəkilləri çəkdirərək tədbirdən xoş xatirələrlə ayrıldılar..Ümid edirəm ki,bu əməkdaşlıq,bu birliyin əhatə dairəsi daha da genişlənıcək və irəlidə bərabər bir çox layihələrə imza atılacaq...Qurulmuş bu körpüdən türk dünyasının şair,yazar,ozan və sənətçilər yadda qalan iz qoyacaqlar.





Вернуться назад