Главная > medeniyyet > Tanınmış xanəndə vəfat etdi

Tanınmış xanəndə vəfat etdi


11-09-2019, 09:30. Разместил: djbaz
Tanınmış xanəndə vəfat etdi

Tanınmış xanəndə Həbib Rəhimov dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə şair Vüqar Əhməd öz feysbuk səhifəsində məlumat yayıb.

Məlumata görə, Həbib Rəhimov uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib: "Həbib müəllim bir ildən çox idi ki, ağır xərçəng xəstəsi idi. Özü heç xəstəliyini bilmirdi. Evdəkilər bunu ondan gizli saxlamışdılar. Zəng vurdum ki, vəziyyətini, səhhətinin necə olduğunu öyrənim, yaxınları onun bu gün rəhmətə getdiyi bildirdilər. O, özü Masallının Bədəlan kəndindəndir. Sabah doğulub, boya-başa çatdığı kənddə torpağa tapşırılacaq".
Вернуться назад