Главная > medeniyyet > Xərçəngdən əziyyət çəkən məşhur britaniyalı aktyor son günlərini yaşadığını deyib

Xərçəngdən əziyyət çəkən məşhur britaniyalı aktyor son günlərini yaşadığını deyib


3-06-2019, 10:32. Разместил: djbaz
Xərçəngdən əziyyət çəkən məşhur britaniyalı aktyor son günlərini yaşadığını deyib
Tanınmış britaniyalı aktyor Maykl Sleqqs xərçəng xəstəliyindən öləcəyini bildirib.

Djb.az “Fox News”a istinadla xəbər verir ki, 33 yaşlı aktyorun sözlərinə görə, sağlamlığı hər keçən gün sürətlə pisləşir.

Bildirib ki, ömrünün son günlərini yaşayır. Ona görə də son nəfəsinədək ailəsinin yanında qalmağı qərarlaşdırıb.

Qeyd edək ki, məşhur britaniyalı aktyorun sağlamlığında problem 2018-ci ildə üzə çıxmışdı. Ona ürək xərçəngi diaqnozu qoyulmuşdu.

Çəkildiyi son serialda xərçəng xəstəliyinə tutulmuş bir obrazı canlandırırdı.


Вернуться назад