Главная > medeniyyet > Sumqayıt Dövlət Dram Teatrı şəhərin yubileyinə yeni tamaşa hazırlayır

Sumqayıt Dövlət Dram Teatrı şəhərin yubileyinə yeni tamaşa hazırlayır


4-04-2019, 10:32. Разместил: djbaz
Sumqayıt Dövlət Dram Teatrı şəhərin yubileyinə yeni tamaşa hazırlayır
Noyabr ayında Sumqayıt şəhərinin 70 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq.

Teatrdan ONA-nın yerli bürosuna verilən məlumata görə, Sumqayıt Dövlət Dram Teatrı da şəhərin önəmli bayramına öz yaradıcılıq töhfəsini verməyə hazırlaşır.

İdeya müəllifi və layihə rəhbəri - teatrın direktoru, əməkdar artist Mübariz Həmidovun təşəbbüsü ilə tanınmış dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli Sumqayıtın tarixi, mədəni-sosial, iqtisadi inkişaf mənzərəsini əks etdirən yeni pyes yazıb.
Müəllif öz qəhrəmanlarını əfsanə və rəvayətlər aləmindən günümüzə gətirir, insan zəkası və zəhməti ilə gerçəkləşən möcüzəyə qovuşdurur.

Xalq artisti F.Məhərrəmovun quruluş verdiyi səhnə əsərinin hazırlıq işlərinə artıq başlanılıb. Tamaşanın tərtibatı rəssam Elşən Sərxanoğluya məxsusdur.

Rolları əməkdar artistlər Fəranə Musayeva, Növrəstə Həşimova, Sədaqət Nuriyeva, İlahə Səfərova, Cəlal Məmmədov, Xatirə Süleymanova, aktyorlar Kamran Muradlı, Elay Xasiyev, İlahə Səfərova, Aynur Hümmətova, Şəmistan Süleymanlı, Yeganə Məmmədvəliyeva, Vəfa Qurbanova, Şəms Abdullayeva, Sevda Hüseynova, Mətanət Əmirullayeva, İlqar İbrahimov və Akif Mirzəyev canlandırır.

Yeni tamaşanın təhvil verilməsi may ayının 15-də nəzərdə tutulub. Daha sonrakı aylarda şəhərin yubiley tədbirləri çərçivəsində “Sevgilim Sumqayıt” tamaşaçılara təqdim olunacaq.
Вернуться назад