Главная > medeniyyet > 14 Sentyabr "Qran - pri", Prezident mükafatına layiq görülmüş Təyyar Bayramovun doğum günüdür!

14 Sentyabr "Qran - pri", Prezident mükafatına layiq görülmüş Təyyar Bayramovun doğum günüdür!


14-09-2018, 11:15. Разместил: djbaz
14 Sentyabr "Qran - pri", Prezident mükafatına layiq görülmüş Təyyar Bayramovun doğum günüdür!
Təyyar Allahverdi oğlu Bayramov 14 sentyabr 1976 - cı ildə Ağdam rayonunda anadan olub. Muğama uşaq vaxtlarından maraq göstərib. A.Zeynallı adına musiqi kollecində təhsil alarkən peşəkar ifaçılıqla məşğul olmağa başlayıb. Kollecdə oxuduğu zaman keçirilən musiqi müsabiqələrindən birinə qatılıb və 3 - cü yeri tutub.
T.Bayramov 2005 - ci ildə keçirilən Televiziya Muğam Müsabiqəsində 1 - ci yeri tutub. Opera və Balet Teatrında ilk olaraq “Leyli və Məcnun” tamaşasında İbn Sənan obrazını canlandırıb. Teatrdakı səhnə fəaliyyətinə həmin tamaşadan başlayıb. Daha sonra gənc xanəndəyə 2006 - cı ildə dahi sənətkar Müslüm Maqomayev (bəstəkar)in "Şah İsmayıl" operasında baş rol olan Şah İsmayıl həvalə edilir. Bu tamaşalarla bərabər, “O olmasın, bu olsun”, “Natəvan” operalarında xanəndə rolunu ifa edir. Qısqanclıqka qarşılanmasına baxmayaraq sənətkar çox gənc yaşlarında əməkdar artist adına layiq görülür. 24 mart 2009 - cu ildə Azərbaycan Dövlət Kukla Teatrında üç gün davam edən Beynəlxalq muğam müsabiqəsində Təyyar Bayramov münsiflər heyətinin yekdil qərarı ilə müsabiqənin baş mükafatı -“Qran - pri”yə layiq görülür. Ona fəxri fərman, 20 min avro pul mükafatı və festivalın emblemi təqdim edilir.
. 01 may 2017 - ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Вернуться назад