Главная > medeniyyet > Vladiqafqaz teatrı Bakıya qastrol səfərinə gəlir

Vladiqafqaz teatrı Bakıya qastrol səfərinə gəlir


18-05-2018, 02:21. Разместил: djbaz
Vladiqafqazın V.Txansayev adına Dövlət Akademik Milli Dram Teatrı Bakıya qastrol səfərinə gəlir.

Vladiqafqaz teatrı Bakıya qastrol səfərinə gəlir


Gənc Tamaşaçılar Teatrından "Report"a verilən məlumata görə, teatr Bakı tamaşaçılarına V.Korostılevin "Vova möcüzələr ölkəsində" birhissəli tamaşasını təqdim edəcək.

Səhnə əsəri “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (ADGTT) nümayiş olunacaq.

Tamaşanın quruluşçu rejissoru Diana Çerçesov, rəssamı Vera Kasayeva, musiqi redaktoru Ruslan Daurovdur.

Səhnə əsəri mayın 18, 19, 20 və 21-də dörd seans olmaqla 12:00, 14:00, 16:00 və 18:00-da nümayiş olunacaq.
Вернуться назад