Главная > medeniyyet > ONUN İFASINI QIZIL SƏSLƏRİN SİYAHISINDA GÖRÜRƏM

ONUN İFASINI QIZIL SƏSLƏRİN SİYAHISINDA GÖRÜRƏM


16-03-2018, 01:17. Разместил: djbaz
ONUN İFASINI QIZIL SƏSLƏRİN SİYAHISINDA GÖRÜRƏM



Onunla ilk tanışlığım çox dəyər verdiyim bir musiqiçinin ad gün mərasimində oldu. Buna tanışlıqda demək olmazdı. Tədbirdə iştirak edən musiqiçilərin canlı ifası gözümdən yayınmamışdı. Son illər fanoqramadan istifadə edən müğənnilərin sayı günü-gündən artması danılmaz bir faktdır. Məhz bu səbəbdən bu gün canlı ifa edən musiqici gördükdə hətta biraz çaşqınlığda oluruq, istər-istəməz marağımıza səbəb olur. Onunla da beləcə maraqlandım . Bir məlahətli səs məni səhnəyə baxmağa vadar etdi, simadan tanımadığım bir insanın ifası mənim diqqətimi çəkdi. Bir mahnı ifa etdikdən sonra səhnəni tərk etməsi hətta məni məyyus etdi, kaş yenədə bir mahnı ifa edərdi deyə fikrimdən keçirdim. Tədbirin səbəbkarı olan Aynur Məmmədlidən o insan haqqında soruşmaq məcburiyyətində qaldım. Bu mahnını ifa edənin kim olduğunu soruşduqda Aynur xanım dedi:- məni qardaşım Ruslandı. İlk öncə doğma qardaşı olduğuna inandım, amma söhbət əsnasında öyrəndim ki, doğma olmasalar belə dəyəri və hörməti doğma qədərdir. Tədbir sona çatana kimi bir mahnıda ifa etdi onu dinlərkən xəyallar qanadında idim. Səsinin təmizliyi, sanki insanı uzaqlara aparırdı, o qədər məharətlə ifa edirdi ki, mahnının sözləri, musiqisi sanki onun ifası üçün bəstələnmişdi. Beləcə o məclisdə gözəl səsə malik bir xanəndə tanıdım Ruslan Həsənov adlı. Kimdir Ruslan?
Əslən Qərbi Azərbaycanın Göyçə mahalından olan Ruslan Həsənov
29.06.1979-cu ildə Şəmkir rayonunda ziyalı ailədə dünyaya göz açıb. Ruslan Həsənov Bakıdakı 285 saylı tam orta məktəbdə təhsil almağa başlamışdır. Orta məktəbin 6-cı və 7-ci siniflərində təhsil alarkən məktəbin özfəaliyyət dərnəyində artıq çıxışları ilə öz sözünü deməyi bacarmışdır. Məktəbdə keçirilən bütün təbdirlərdə Ruslan Həsənov Azərbaycan xalq mahnılarını məharətlə ifa edirdi. 1997-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Koperasiyya Unversitetinə qəbul olur və 2001- ci ildə təhsilini başa vurur. Ruslan Həsənov artıq 17 yaşında el şənliklərində iştirak edir və günü-gündən məharətli ifası və gözəl səsi ilə böyük bir kütlə qazanır. Ruslan Həsənov Azərbaycanın bütün bölgələrinin sevimli müğənnisinə çevrilməsinə baxmayaraq bu günə kimi TV kanallarında olmaması məndə maraq oyatdı. Və həmişə olduğu kimi TV konallarının madiyyatla bağlı olması bir çox istedadları efir məkanlarından uzaq tutmasının bir daha şahidi oldum. Amma səsi və səhnə mədəniyyətindən anlayışı olmayan bir çox üzdəniraq müənnilər efir məkanlarından məşhurlaşmaları üçün ustədikləri kimi istifadə edirlər. Bizim bəlamız isə məhz budur pulun varsa görün, yoxdursa sənin səhnədə yerin yoxdur. Bəlkə də bu gedişlə Ruslan kimi yüzlərlə istedadlar beləcə efirdən kənar qalacaqlar. Amma inanıram elə zaman gələcək ki, Ruslanı TV kanalları özləri arayıb axtaracaq. Belə istedadlı müğənniləri çıraqla gəzmək lazım olduğu bir halda bizlərin səhlənkarlığımlz onları efir məkanlarından uzaqlaşdırmaqla nəticələnir.
Biz isə bir media qurumu olaraq öz üzərimə düşəni təmənna ummadan Ruslan Həsənov haqqında yazmaq qərarını verdik. Və onu oxucularımıza tanıtmaq istədik. Kaş ki, bundan da artığını etmək imkanımız olaydı.
Mən Ruslan Həsənovun ifasını qızıl səslərin siyahısında görürəm. Onun səsinin, ifasının minlərlə vurğunu olan dinləyicilərdən biri olaraq ona uğurlar dinləyirəm.
Almaz İlahə Əhmədova
Вернуться назад