Главная > medeniyyet > “Ömür qatarı” tamaşasının premyerası

“Ömür qatarı” tamaşasının premyerası


10-01-2018, 16:21. Разместил: djbaz
“Ömür qatarı” tamaşasının premyerası
Mətbuat xidmətindən Djb.az saytına verilən xəbərə görə, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 22 yanvar 2018-ci il tarixində, saat 19:00-da S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Qırğız yazıçısı Mar Bayciyevin “Ömür qatarı” tamaşasının premyerasını tamaşaçılara təqdim edəcək. Əsəri görkəmli Azərbaycan ziyalısı, tanınmış şair-dramaturq Hidayət tərcümə etmişdir.
Quruluşçu rejissor əməkdar artist Sərvər Əliyev, quruluçşu rəssam Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor assistenti Tural Xəlilzadədir.

Rollarda Esmiralda Şahbazova (əməkdar artist), Vaqif Kərimov (əməkdar artist), aktyorlar Səmayə İsmayılova, Ruhiyyə Eyvazova, Nicat Mirzəzadə, Ceyhun Əliyev, Əmrulla Nurullayev, Şəbnəm Cəbrayılova, Natiq Həziyev, Oqtay Mehdiyev, Niyaməddin Səfərəliyev, Sevinc Hüseynov, Tural Xəlilzadə, Elçin Hacıyev, Zülfiyyə İsmayılova, Rövşən Cəfərov çıxış edəcəklər

Вернуться назад