» » DJB.AZ KOLLEKTİVİ RƏŞAD KƏSƏMƏNLİNİN ANASINI TƏBRİK EDİR

DJB.AZ KOLLEKTİVİ RƏŞAD KƏSƏMƏNLİNİN ANASINI TƏBRİK EDİR

DJB.AZ KOLLEKTİVİ RƏŞAD KƏSƏMƏNLİNİN ANASINI TƏBRİK EDİR

Bu gün unudulmaz şairimiz Nüsrət Kəsəmənlinin həyat yoldaşı, Rəşad Kəsəmənlinin anası Rəhilə xanımın 67 yaşı tamam olur.
Rəşad Kəsəmənlinin sosial şəbəkədə anasının təbriki diqqətimi çəkdi. Mən də kollektivimlə birgə bu təbrikə qoşulmaq qərarın verdim.
Ana adı qarşısında göstər bir nəfər,
Başını əyməsin onun önündə.
Mən də baş əyirəm belə bir gözəl,
Ananın həsrəti, çəni önündə.
Bəli həsrətin o həsrət ki, xəyalı onu hər zaman Nüsrətli illərə aparır. Dağı, aranı gəzdirir və yenə də onlu olan illərə, aylara, günlərə qonaq aparır. Və təskinliyi isə yenədə sevdikləri olur.
Rəhilə xanım 67 - yaş ömrün əhəmiyyətli bir hissəsinin yaşandığına ilahi ədalətin işarəsi...
67 - yaş ömrün gəncliyə vida deyərək müdrüklüklə əlbə yaxa olaraq yol aldığı bir rəqəm...
67- yaş zirvələri fəth etmiş ömür yarısı...
67- yaş həyatın sınaqlarından çıxaraq onunla dost olmaq çağı...
67- yaş bir anlıq ayaq saxlayaraq geri boylanarkən bu zaman kəsiyində nələri itirib , nələri qazandığını dərk etmək zamanı...
Bu illər Rəhilə xanımın hər bir insan kimi yaşadığı ömür yoludur. Daşlı, kəsəkli bu ömür yolunu keçmək hər bir bəşər övladının alnına yazıldığı kimi onun da alın yazısı oldu.
RƏHİLƏ xanım Nil çayı heç zaman qurumur! Qəlbiniz Nil çayı kimi daim axar olsun! Ay və Günəş göydən ayrılmadığı kimi, Siz də hər zaman doğmalarınızla, əzizlərinizlə, sevdiklərinizlə qoşa olasınız.
Qəm əyir, sevinc, səadət ucaldır insanı.
Qəm görməyin, həmişə xoşbəxtlik nəsibiniz olsun. Gözləriniz sevinc yaşıyla dolsun. Solmasın çöhrəniz ağrı-acıdan, sevinc yol yoldaşınız, kədərsə sizdən gen dursun lap dünyanın sonu tək. Görməsin gözləriniz kədər intizar Rəşad tək oğlunuz, sizi sevən gözəl insanlarda var. Allahın bəxşiçi bol olsun sizə. Ziyarət yolları gedəsiz yenə.

Almaz İlahə Əhmədova
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031