» » Xalq artisti kövrəltdi: Ölümümü gözləyirəm

Xalq artisti kövrəltdi: Ölümümü gözləyirəm

Xalq artisti kövrəltdi: Ölümümü gözləyirəm
Uzun müddətdir ki, xəstəliklə mübarizə aparan Xalq artisti, tanınmış xanəndə Əlibaba Məmmədov səhhətindən danışıb.

Yenicag.az-a açıqlama verən ustad xanəndə həyatından şikayət etmədiyini deyib.

“Daha üzü 89-a doğru gedirəm. Az yaş deyil. Bu yaşda hər kəs xəstə olur. Xəstəliyin də adı – qocalıqdır. Mənim də diaqnozum odur. Qoca kişiyəm, evdə oturub ölümümü gözləyirəm. Hərdən başımı qatmaq üçün Əliağa Vahidin qəzəllərini oxuyuram. Televizorda köhnə lent yazılarımı verəndə qulaq asıram. Nəvələrim, uşaqlarım yanıma gəlir, eynimi açmağa çalışırlar. Amma heç vaxt kədərlənmirəm, çünki Allah verdiyi ömrü ürəyim istəyən kimi yaşamışam, heç vaxt həyatımdan şikayətçi olmamışam. Ölüm də Allahın əmridir, nə vaxt gəlsə, canımı alsın”.

Qeyd edək ki, uzun müddətdir Xalq artistinin səhhətində problemlər yaranıb. Xanəndə ev şəraitində müalicə olunur.
Oxşar xəbərlər
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Ani ölümdən qorunmaq mümkündürmü? Azərbaycanda ölüm cavanlaşır. Xüsusi ilə ürək xəstəliklərindən əziyyət çəkən və ölənlərin sayı Читать далее
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728