» » "Space"in məşhur aparıcısı: Atam ikinci arvadını evimizə gətirdi – FOTO

"Space"in məşhur aparıcısı: Atam ikinci arvadını evimizə gətirdi – FOTO

"Space"in məşhur aparıcısı: Atam ikinci arvadını evimizə gətirdi – FOTO
“Space” telekanalının aparıcısı Günel Həsənzadə “Gəlin danışaq” verilişinin qonağı olub.
Günel Banu kimi tanınan aparıcı görünüşü ilə diqqət çəkib. Xeyli kökələn G.Həsənzadə saç düzümünü də dəyişib. Onları saraldaraq, bir yanını keçəl etdirib.

Günel aparıcılıq sahəsinə gəlməsindən söz açıb: “Hansı verilişi apardımsa, məni onun adı ilə çağırdılar: Banu Günel, Günaydın Günel, Münəccim Günel, Möcüzə Günel. Bunlar məni narahat etmir. 1997-ci ildən çalışıram. 3 ay pulsuz çalışdım, sonra maaş aldım.

“Space”in ən qocaman işçilərindənəm. “Təhminə” filmində rejissor köməkçisi olmuşam. Beşinci sinifdən yaşımdan böyük kitablar oxumağa başladım. Azərbaycanda kinorejissorluq fakültəsinə ilk qəbul olan qız mənəm. Film çəksəm, ensiklopediyaya düşərəm. Amma çəkməyəcəm, hövsələm yoxdur. Tofiq İsmayılov bütün qızları imtahandan kəsirdi ki, sənin yerin kinostudiya yox, mətbəxdir. Yaxşı ki, imtahanda o yox idi, o, olsaydı, məni də kəsəcəkdi”.

Günel daha sonra ailəsindən söz açıb. O bildirib ki, ailənin tək övladıdır: “Anamla tək yaşayıram. Atam yoxdur, beş yaşımda anamla ayrıldılar. Onunla görüşməyə fikrim yoxdur. İkiotaqlı evimiz var idi. Atam başqa qadınla evlənib otağın birində qalırdı. Anamla mən isə digər otaqda yaşayırdıq. Düzdür, dalaşmırdılar, amma psixoloji gərginlik var idi. Üç uşağı oldu. Anamın və mənim halımı təsəvvür edin... Beşinci sinifdə oxuyana qədər o cür yaşamışıq. Onlara baxmayaraq, mən pozitiv olmağa çalışıram.

Atam gələndə qabağına qaçırdım, həyətdə uşaqlar deyirdi, onun üçün çırpınma, sənin atan deyil. O biri bacılarının atasıdır. Mən kişi olsaydım, qadınımı o evə gətirməzdim. Baxırsa, qoy incisin. Bu günə qədər ailə qurmamağımın səbəbi də atamın mənə yaşatdığı o anlardır. Heç kimə güvənmirəm, hamıya dost kimi baxıram. Anam onun uşaqlarına yemək, şirniyyat verirdi. Getməyə yerimiz yox idi. Anam çalışırdı, məni saxlayırdı. Bacılarımı çox istəyirəm, amma onlara yaxınlaşmıram. Sumqayıtda xəstəxanada yatanda yanıma gəldilər, mənə yaxınlaşmaq istəyirlər. Amma alınmır məndə”.

Aparıcı maddi sıxıntılarından da danışıb: "İndi ancaq adım var, heç nəyim yoxdur. Evim bankda kreditdədir. Ödəyə bilmirəm, gecikdirirəm. Avtomobilim yoxdur. Anamla birlikdə yaşayıram. Hərdən kimsə zəng edir ki, qohumumsan. Uşaqlıqda yanımda olmayanlar indi məni axtarır. Buna görə narahat olmuram, hər şey yaxşıdır. Ailə qurmamağımın səbəbi kişilərin xəyanətkar olmasıdır. Bəzən də işi buranlar olur. Ailə qursam, həyat yoldaşım istəsə, işi ataram. Qadının ən böyük karyerası ailəsidir. Hər zaman böyük ailənin arzusunda olmuşam.

Hekayələr yazıram. Hələ kağızdadır. Kompüter alıb, ora köçürəndə işıq üzü görəcək. Kompüterim yoxdur, ala bilmirəm”.

"Space"in məşhur aparıcısı: Atam ikinci arvadını evimizə gətirdi – FOTO
"Space"in məşhur aparıcısı: Atam ikinci arvadını evimizə gətirdi – FOTO
Oxşar xəbərlər
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Ani ölümdən qorunmaq mümkündürmü? Azərbaycanda ölüm cavanlaşır. Xüsusi ilə ürək xəstəliklərindən əziyyət çəkən və ölənlərin sayı Читать далее
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728