» » Əziz Səncər: Azərbaycandan istedadlı tələbə gəlib yanımda işləyə bilər

Əziz Səncər: Azərbaycandan istedadlı tələbə gəlib yanımda işləyə bilər

Əziz Səncər: Azərbaycandan istedadlı tələbə gəlib yanımda işləyə bilər
Djb.az Report-a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan kimya üzrə Nobel mükafatı laureatı, ABŞ-ın Şimali Karolina Universitetinin professoru və əslən türk olan Əziz Səncər deyib.

“Azərbaycan da bir türk vətənidir. Bütün türklərin Azərbaycana özəl sevgisi var. Əlaqələrimiz çox güclüdür. Ona görə də Azərbaycan elminə öz töhfəmi verməyə çalışacağam. İstedadlı və bacarıqlı tələbə olarsa, yanıma gəlib mənimlə işləyə bilər. Bundan başqa, söz verə bilməsəm də, Azərbaycana yenidən gəlib, sizin elminizə bir töhfə verəcəyəm”, - deyə o bildirib.

“Nobel mükafatı almaq üçün elmə sərmayə yatırmaq lazımdır. Aparılan araşdırmaları dəstəkləmək lazımdır. Yalnız bu şəkildə savadlı elm adamı hazırlamaq olar”, - deyə Əziz Səncər sözlərinə əlavə edib.
Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031