» » Gözəl Bayramlı Bakı İstintaq Təcridxanasına köçürülüb

Gözəl Bayramlı Bakı İstintaq Təcridxanasına köçürülüb

Gözəl Bayramlı Bakı İstintaq Təcridxanasına köçürülüb  0.
Londonda Azərbaycan-Britaniya poeziya gecəsi keçirilib. Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təşkil edilmiş Azərbaycan-Britaniya Poeziya Gecəsində Azərbaycanın zəngin ədəbi irsi - poeziya xəzinəsinin inciləri təqdim olunub.

TEAS-dan verilən məlumata görə, tədbir 1903-cü ildə fəaliyyətə başlamış Londonun ən məşhur kitab mağazası olan “Foyle” də keçirilib. Gecədə 100-dən artıq ədəbiyyat sevər və Azərbaycanın dostları iştirak edib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Nigar Həsənzadənin aparıcılığı ilə keçən tədbirdə Azərbaycanın klassik və müasir şairlərinin ingilis dilinə tərcümə edilmiş şerləri səsləndirilib. Şerlər Ayan Salahova (piano) və Əttab Həddadın (ud) ifası ilə müşayiət olunub. Şer oxuyanlar arasında Britaniyanın tanınmış televiziya aparıcılarından biri Bekenhamdan Baronessa Benjamin da olub.

Gecədə Azərbaycanın böyük poeziya ustaları Abdulla Şaiq, Bəxtiyar Vahabzadə, Vaqif Səmədoğlu, Mikayıl Müşfiq və Əhməd Cavadın seçilmiş şerləri səsləndirilib.

Britaniya poeziyasını təmsil edənlər arasında şairə, romançı, pyes yazıçısı və tərcüməçi Eleyn Feinstayn, şair, romançı və tənqidçi Rut Padel, şairə, yazıçı, “PoetryFest” festivalının təsisçi direktoru, “Orient Express” jurnalının təsisçi redaktoru Fiona Sampson, şair, sennarist, romançı Devid Harsent də olub.

Britaniyada təhsil alan tələbə Tural Qafarlı müasir ingilisdilli azərbaycanlı şairə Leyli Salayevanın “Slopes of Hopes” (Ümidlərin yamacları) adlı şerini oxuyub. Bu zaman arxa fonda Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın Dağlıq Qarabağ regionundan arxiv görüntülər və Qarabağdan olan uşağın ifa etdiyi muğam parçası səsləndirilib. Burada diqqət Dağlıq Qarabağın Şuşa şəhərinə cəlb edilib.

TEAS-ın Böyük Britaniya ofisinin direktoru Cek Peqoraro deyib ki, Azərbaycan müxtəlif mədəniyyətlərin qovuşduğu bir məkandır və bir çoxları Britaniyanın bu gözəl ölkə ilə nə qədər ortaq nöqtələri olduğunu bilmir: “Bu cür tədbirlər bizim oxşarlıqları qeyd etməyə və hər iki ölkənin heyrətamiz ədəbi və musiqi mədəniyyəti ilə yaxından tanış olmaq imkanını yaradır”.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031