» » Məmməd Arazın xatirəsinə həsr olunan Şairlər Günü keçiriləcək

Məmməd Arazın xatirəsinə həsr olunan Şairlər Günü keçiriləcək

Məmməd Arazın xatirəsinə həsr olunan Şairlər Günü keçiriləcək  İyunun 5-də Azərbaycanda VII Şairlər Günü qeyd olunacaq. Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın verdiyi məlumata görə, Şairlər Günü indiyədək Türkiyə, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Ukrayna, İran və Rusiyadan dəvət olunan qonaqların iştirakı ilə keçirilib.

Mikayıl Müşfiqin doğum günü münasibəti ilə təsis olunan mərasimdə Müşfiqin adını daşıyan mükafat şairlərə təqdim olunacaq və Müşfiqin rəmzi məzarına – Xəzər dənizinə gül səpiləcək.

Tədbir Gənc Şairlər və Azərbaycan Yazıçılar Birliklərinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin, TİKA-nın, Türkiyə Səfirliyi Kültür və Tanıtma Müşavirliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin və “Azərkitab”ın təşkilati dəstəyi ilə baş tutacaq.

Mərasimdə müxtəlif ölkələrindən tanınmış şair və ədəbiyyatçılar, sənət adamları və musiqiçilər iştirak edəcək.

VII Şairlər Günü xalq şairi Məmməd Arazın xatirəsinə həsr ediləcək.

İlk dəfə olaraq tədbir bölgələrdə də qeyd ediləcək. VII Şairlər Günü iyunun 5-də Bakıda Beynəlxalq Muğam Mərkəzində, iyunun 7-də Beyləqan Mədəniyyət Sarayında, iyunun 8-də Şabran Mədəniyyət Sarayında keçiriləcək. 7
Oxşar xəbərlər
«    Kasım 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930