» » Bakıda Beynəlxalq Muzeylər Gününə həsr olunan tədbir keçirilib

Bakıda Beynəlxalq Muzeylər Gününə həsr olunan tədbir keçirilib

Bakıda Beynəlxalq Muzeylər Gününə həsr olunan tədbir keçirilib  Milli Azərbaycan Tarixi Muzeyi və İncəsənət Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunan tədbir keçirilib. Verilən məlumata görə, hər iki tədbir Beynəlxalq Muzeylər Təşkilatının “Muzeylər və mübahisəli məqamlar - muzeylərdə deyilməyənlərin səslənməsi” adı altında müəyyənləşdirdiyi mövzuya həsr olunub.

Tarix Muzeyində təşkil olunan tədbirdə çıxış edən muzeyin direktoru Nailə Vəlixanlı “1920-50-ci illərdə repressiyalar” mövzusunda çıxış edib, repressiyaların Azərbaycan xalqına vurduğu zərbələrdən danışıb. O, qeyd edib ki, repressiyalara tarixçilər, rəssamlar, yazıçılar və başqa sahələri təmsil edən şəxs məruz qalıb və onların ailələri uzun illər mənəvi təzyiq altında saxlanılıb.

Ombudsman Elmira Süleymanova tədbirin əhəmiyyətindən danışıb və muzeylərin müasir həyatımızdakı yerini yüksək qiymətləndirib.

İncəsənət Muzeyində təşkil olunan tədbirdə isə qətl və sürgünə məruz qalmış rəssamların əsərləri nümayiş olunub.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031