» » TANINMIŞ ALİM, KİMYA ELMLƏRİ DOKTORU , PROFSSOR RƏFİQƏ ƏLİYEVA VƏFAT EDİB.

TANINMIŞ ALİM, KİMYA ELMLƏRİ DOKTORU , PROFSSOR RƏFİQƏ ƏLİYEVA VƏFAT EDİB.

TANINMIŞ ALİM, KİMYA ELMLƏRİ DOKTORU , PROFSSOR RƏFİQƏ ƏLİYEVA VƏFAT EDİB.Rəfiqə Əliyeva bu gün – mayın 6-da dünyasını dəyişib.

Qeyd edək ki, Rəfiqə Əlirza qızı Əliyeva Azərbaycanın mərhum dövlət başçısı Heydər Əliyevin bacısı, ölkənin hazırki prezidenti İlham Əliyevin bibisidir.

Mərhum Rəfiqə xanım məşhur modelyer Fəxriyyə Xələfovanın anasıdır. R.Əliyeva Azərbaycan baş nazirinin keçmiş müavini, sabiq deputat, mərhum Rafiq Xələfovun həyat yoldaşı olub.

Akademik Rəfiqə Əliyeva 1932-ci ildə Naxçıvan şəhərində anadan olub. 1956-cı ildə Аzərbaycan Dövlət Universitetinin (hazırlıq BDU) kimya fakültəsini bitirib, 1970-ci ildə kimya sahəsi üzrə namizədlik, 1999-cu ildə isə doktorluq dissertasiyası müdafiə edib.

R.Əliyeva vəfat edənədək Bakı Dövlət Universitetində Analitik kimya kafedrasının professor idi, 2001-ci ildən təşkil edilmiş “Ekoloji kimya və ətraf mühitin mühafizəsi”elmi-tətqiqat laboratoriyasını rəhbərlik edirdi. O, Bakı Dövlət Universitetinin nəzdindəki Dissertasiya Müdafiə Şurasının sədr müavini, BDU-nun və Kimya fakültəsinin Elmi Şurasının üzvü idi.

Bir çox elmi məqalə, monoqrafiya, patent, dərs vəsaiti və kitabların müəllifi olan Rəfiqə Əliyeva 18 elmlər namizədi və 2 elmlər doktoruna rəhbərlik edib.

“Şöhrət” ordenli əməkdar elm xadim R.Əliyeva müxtəlif mükafatlara layiq görülüb.

85 yaşlı professor Rəfiqə Əliyeva 2014-cü ilin iyunun 30-da Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) həqiqi üzv seçilmişdi.

ALLAH RƏHMƏT ELƏSİN!
Oxşar xəbərlər
«    Kasım 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930