» » Nizami Kino Mərkəzində Britaniya Bahar Film Festivalının açılışı keçirilib

Nizami Kino Mərkəzində Britaniya Bahar Film Festivalının açılışı keçirilib

Nizami Kino Mərkəzində üçüncü Britaniya Bahar Film Festivalının açılışı keçirilib.Verilən məlumata görə, festivalın açılış mərasimi "British Council Azərbaycan" və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə çıxış edən Nizami Kino Mərkəzinin rəhbəri Leyli Mirzəyevə və “British Council Azərbaycan”ın rəhbəri Elizabet Vayt film festivalı haqqında məlumat verib, nümayiş olunması planlaşdırılan ekran əsərləri barədə danışıblar.

Qeyd olunub ki, bu ilki açılış filmi Reyçel Tunnardın mükafat almış “Yetkinlik həyatının bacarıqları” komediyasıdır. Film Azərbaycan dilində subtitrlərlə nümayiş olunub.

Aprelin 28-dən mayın 4-dək davam edəcək festivalda qadın rejissorların lentə aldığı altı film təqdim olunacaq. Təqdimat filmi istisna olunmaqla, digər filmlər rus dilində alt yazılarla nümayiş ediləcək.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Ekim 2018    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031