» » Sənədli filmlərimiz Rusiyanın beynəlxalq film festivalında

Sənədli filmlərimiz Rusiyanın beynəlxalq film festivalında

Sənədli filmlərimiz Rusiyanın beynəlxalq film festivalında Sənədli filmlərimiz 27-ci “Rossiya” açıq sənədli filmlər festivalının xüsusi proqramında nümayiş olunur. Rusiyanın Yekaterinburq şəhərində keçirilən festival 11 oktyabrda başlayıb.

Bu barədə DJB.Az-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

13 oktyabr tarixində Xamiz Muradovun “Fransa qəhrəmanı” (1975), Teymur Bəkirzadənin “Dissonans” (1978), Nicat Bəkirzadənin “Polad adalar” (1985), Zaur Məhərrəmovun “Köç” (1983), Yavər Rzayevin “Gözümün işiğı və ya qəribə heykəltəraş ömrü” (2014) və Tofiq Şahverdiyevin “Lahıc” (2014) sənədli filmləri nümayiş olunacaq.

Proqram Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov tərəfindən təqdim olunur.

27-ci “Rossiya” açıq sənədli filmlər festivalı 16 oktyabrdək davam edəcək.
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930