» » “Hüseyn Cavid. Pyeslər” kitabı çap edilib

“Hüseyn Cavid. Pyeslər” kitabı çap edilib

“Hüseyn Cavid. Pyeslər” kitabı çap edilib  Mədəniyyət və Turizm Nazirliyi “Hüseyn Cavid. Pyeslər” kitabını çap edib. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, kitabda Hüseyn Cavidin “Ana”, “Şeyx Sənan”, “İblis”, “Səyavuş” və “Xəyyam” pyesləri toplanıb.

Pyeslər H.Cavidin 2005-ci ildə nəşr olunan “Əsərləri” 5 cildliyindən götürülərək tərtib edilib və yeni nəşrdə dramaturqun yazı dili və üslubu olduğu kimi saxlanılıb.

Xalq yazıçısı Elçinin tərtibçisi və ön sözünün müəllifi olduğu kitab “Təhsil” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilib. Yeni nəşr Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara paylanılacaq.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031