» » Dövlət Gənc Tamaşaçılar Teatrı ölkənin birinci vitse-prezidentini təbrik edir...

Dövlət Gənc Tamaşaçılar Teatrı ölkənin birinci vitse-prezidentini təbrik edir...

Dövlət Gənc Tamaşaçılar Teatrı ölkənin birinci vitse-prezidentini təbrik edir...Ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyəti Dostları Fondunun Prezidenti, Millət vəkili, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, çox hörmətli Mehriban xanım! Sizi birinci vitse-prezident təyin olunmağınız münasibətilə şəxsən öz adımdan və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi adından ürəkdən təbrik edirəm. Bu uğurlu qərar ölkə Prezidentimiz cənab İlham Əliyevin uzaqgörənliyinin daha bir bariz göstəricisidir. Və biz bu qərarın çox tezliklə öz nəticəsini göstərəcəyinə əminik. Siz və prezidentimiz cənab İlham Əliyev Azərbaycanın parlaq rifahı və uğurlu gələcəyi üçün əlinizdən gələni edirsiniz. Azərbaycanın son illər dünya ölkələri arasında öz layiqli yerini tutması, ölkəmizdə həyata keçirilən dünya miqyaslı Beynəlxalq tədbirlər bu siyasətin müvəffəqiyyətindən xəbər verir.
Xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, mədəniyyətimizin inkişafı və təbliğinə göstərdiyiniz qayğı Azərbaycanın nüfuzunu dünyada daha da artırır. Sizin birgə siyasətiniz nəticəsində yetərincə inkişaf etmiş ölkəmizin bütün sahələri ilə yanaşı, mədəniyyət və incəsənətinin, eləcə də sənət adamlarına göstərdiyiniz diqqət hər birimizi qürurlandırır.
Sizi bir daha ürəkdən təbrik edir və hər zaman uğurlarınızın davamlı olmasını arzu edirik.

Hörmətlə,

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi adından teatrın direktoru, Azərbaycan Respublikasının Əməkdar Artisti, Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov
Oxşar xəbərlər
Aydın Ulusoy-un BAXIŞ BCAĞI
Aydın Ulusoy-un BAXIŞ BCAĞI
Toyuq filesi haqqında dəhşətli həqiqətlər – İstehsalçılar nəyi gizlədir, alıcılar nəyi bilmir? Alıcıların ən çox aldığı file Читать далее
«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728