» » Xalça Muzeyində "Kəlağayı" kitabının təqdimatı keçirilib

Xalça Muzeyində "Kəlağayı" kitabının təqdimatı keçirilib

Xalça Muzeyində "Kəlağayı" kitabının təqdimatı keçirilib
Xalça Muzeyində "Kəlağayı" kitabının təqdimatı keçirilib
Xalça Muzeyində "Kəlağayı" kitabının təqdimatı keçirilibAzərbaycan Xalça Muzeyində "Kəlağayı" kitabının təqdimat mərasimi keçirilib.

Verilən məlumata görə, müəllifləri professor R. İbrahimbəyova, C. Tarverdiyev və Parsonsun Dizayn Məktəbinin məzunu Z. Müller-Tarıverdi olan kitabda Azərbaycan tətbiqi sənət tarixində ilk dəfə olaraq oxuculara kəlağayını müəyyən edən konsepsiya, forma və ştampların kataloqu daxil edilib.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Sevda Məmmədəliyeva, incəsənət xadimləri iştirak ediblər.

Muzeyin direktoru Şirin Məlikova deyib ki, milli qadın geyiminin qədim atributu hesab olunan kəlağayı özündə ümumbəşəri mənalar daşıyan bir-biri ilə bağlı anlayışlar aləmini əks etdirir. Mədəniyyət və turizm nazirinin müavini S. Məmmədəliyeva kitabın çap olunmasını əlamətdar hadisə kimi dəyərləndirib. O bildirib ki, kitab böyük zəhmətin və araşdırmanın nəticəsi kimi meydana çıxıb: “Müəlliflər kəlağayı istehsalı və bu sənətin öyrənilməsi sahəsində uzun illər ərzində topladıqları bilik və təcrübəni bu kitab vasitəsilə oxucularla bölüşürlər”.

Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov çıxış edərək kəlağayının tarixindən, onun əl əməyinə əsaslanmasından söz açıb. F. Xəlilov qədim tətbiqi sənət növü sayılan bu sənətin inkişafına göstərdikləri dəstəyə görə Heydər Əliyev Fonduna və Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirib.

Təqdimat mərasimində kəlağayının tarixini, istehsal xüsusiyyətlərini özündə əks etdirən film nümayiş olunub.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Ekim 2018    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031