» » Əbülfəs Qarayev Yaponiya səfiri ilə görüşüb

Əbülfəs Qarayev Yaponiya səfiri ilə görüşüb

Əbülfəs Qarayev Yaponiya səfiri ilə görüşüb Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi ilə görüşüb. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Azərbaycan və Yaponiya arasında mədəniyyət və turizm sahələri üzrə əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib.

İki ölkə arasında sözügedən sahələrdə əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb və turizm üzrə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Nazir Tsuquo Takahaşinin Yaponiyanın ölkəmizdəki səfiri olaraq fəaliyyət göstərdiyi müddətdə qarşılıqlı əlaqələrdən məmnunluğunu ifadə edib. O, ölkəmizdə fəaliyyəti müddətində iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair əlindən gələni əsirgəmədiyini bildirib.

Ə. Qarayev lV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak barədə Yaponiya rəsmilərinə ünvanlanmış dəvət məktublarını səfirə təqdim edib.
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930