» » Əbülfəs Qarayev Kuba səfiri ilə görüşüb

Əbülfəs Qarayev Kuba səfiri ilə görüşüb

Əbülfəs Qarayev Kuba səfiri ilə görüşüb  Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Kuba Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Fidel Nieves Portuondonu qəbul edib. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Kuba və Azərbaycan arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.

Azərbaycanla Kuba arasında Hökumətlərarası Komissiyanın bərpasının və iki ölkə arasında siyasi, iqtisadi, mədəniyyət, turizm və digər sahələr üzrə əməkdaşlığın həmin komissiya çərçivəsində əlaqələndirilməsinin vacibliyi vurğulanıb.

Mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişafında maraqlı olduğu bildirilərək, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi imkanları barəsində fikir mübadiləsi aparılıb.

Nazir səfirə Bakıda keçiriləcək IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verib və tədbirə Kuba rəsmilərinin də dəvət olunduğunu qeyd edərək, bu ölkənin Forumda yüksək səviyyədə təmsil olunacağına əminliyini ifadə edib.
Oxşar xəbərlər
«    Aralık 2018    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31