» » Akademik Həsən Əliyevin 110 illik yubileyi keçiriləcək

Akademik Həsən Əliyevin 110 illik yubileyi keçiriləcək

Akademik Həsən Əliyevin 110 illik yubileyi keçiriləcək  Azərbaycan prezidenti İlham Əliyev akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasına Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə Həsən Əliyevin 110 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Qeyd edək ki, 2017-ci ildə akademik H. Əliyevin anadan olmasının 110 illiyi tamam olur.
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930