» » Tofiq Quliyev və Cövdət Hacıyevin yubileyləri qeyd olunacaq

Tofiq Quliyev və Cövdət Hacıyevin yubileyləri qeyd olunacaq

Tofiq Quliyev və Cövdət Hacıyevin yubileyləri qeyd olunacaq Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan bəstəkarı, xalq artisti, Dövlət Mükafatı laureatı Tofiq Ələkbər oğlu Quliyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Verilən məlumata görə, sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, Tofiq Quliyevin 100 illik yubileyinə həsr edilmiş tədbirlər planını hazırlayıb həyata keçirməlidir.

Dövlət başçısı həmçinin görkəmli Azərbaycan bəstəkarı, tanınmış ictimai xadim və pedaqoq, SSRİ Dövlət mükafatları laureatı, xalq artisti, professor Cövdət Hacıyevin Cövdət Hacıyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, Cövdət Hacıyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930