dini radikalizm və ekstremizmlə mübarizə

Bərdə Regional Mədəniyyət İdarəsində ustad dərsləri keçirilib


Regional idarənin tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirləri üçün ustad dərsləri keçirilib
Mədəniyyət Nazirliyi və “Mədəniyyət şəbəkələr evi” (“Cultural Network House”) assosiasiyasının birgə təşkilatçılığı ilə yeni “Ustad dərsləri” layihəsinə start verilib.
Layihənin məqsədi - təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlığının artırılması və onlara metodiki köməyin göstərilməsi, Azərbaycan milli musiqisi və milli musiqi alətlərinin uşaqlar arasında geniş təbliğini gerçəkləşdirməklə onları milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə etmək, uşaqların bədii estetik zövqünü yüksəltmək, istedadlı şagirdləri üzə çıxartmaq və onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdir.
Regional idarənin rəisi Vəsilə Möhsümova qonaqları salamlayaraq ustad dərslərinin keçirilməsi hər bir müəllim və şagirdin gələcək fəaliyyətlərinə böyük töhfə verəcəyini vurğulayıb.
Bunun davamı olaraq Bərdə, Tərtər rayon və Mingəçevir, Yevlax şəhər uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün fortepiano, violin, musiqi nəzəriyyəsi və xor dirijorluğu ixtisasları üzrə ustad dərsləri keçirilib. Ustad dərslərində regional idarənin tabeliyində olan uşaq musiqi və incəsənət məktəbləri üzrə 110 müəllim və 10 şagird iştirak edib.
Qeyd edək ki, ustad dərslərini Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının peşakar müəllimləri tərəfindən aparılıb.

Esmira Hidayətova







Oxunub: 2 564
Oxşar xəbərlər
SON XƏBƏRLƏR