dini radikalizm və ekstremizmlə mübarizə

Tərtər rayon Mədəniyyət Mərkəzində VIII Muğam Televiziya Müsabiqəsinin növbəti turu keçirilib.


Djb.az xəbər verir ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Televiziyasının təşkilatçılığı ilə həyata keçirilən “Muğam” televiziya müsabiqəsinin növbəti turu 02 iyun 2022-ci il tarixdə Tərtər rayon Mədəniyyət Mərkəzində baş tutub.
Müsabiqədə rayon ictimaiyyəti, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, aparat üzvləri, regional idarə üzrə müəssisə rəhbərləri və çoxsaylı mədəniyyət işçiləri iştirak ediblər.
Vətən müharibəsi zamanı Tərtər rayonuna çoxsaylı zərbələr endirilməsindən, lakin buna baxmayaraq Tərtər sakinlərinin dözümündən, qəhrəmanlıqlarından söz açan münsiflər heyəti bildiriblər ki, “Belə möhtəşəm bir festivalın məhz Tərtər rayonunda keçirilməsi heç də təsadüfi deyil. Vaxtilə top-tüfəng səsləri eşidilən yerlərdən hazırda zəngin mədəniyyət xəzinəmiz olan muğam sədaları eşidilir, möhtəşəm mədəni tədbirlər keçirilir”.
Qeyd edək ki, VIII Muğam Televiziya Müsabiqəsində Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri iştirakçı qismində çıxış edirlər.



Oxunub: 1 633
Oxşar xəbərlər
SON XƏBƏRLƏR