dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanlı aktyor Türkiyədə qətlə yetirildi

Azərbaycanlı aktyor Türkiyədə qətlə yetirildi

Azərbaycanlı aktyor Kamran Dadaşzadə Türkiyənin İstanbul şəhərində baş verən silahlı insident nəticəsində həlak olub.

Djb.az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Fatih rayonu ərazisində baş verib.

Belə ki, ötən gün iki qrup arasında çıxan atışma nəticəsində biri polis olmaqla 7 nəfər yaralanıb. Bunlardan biri də Kamran Dadaşzadə olub.

Əldə etdiyimiz məlumata görə, təsadüf nəticəsində hadisə yerində olan K.Dadaşzadə baş nahiyəsindən güllə yarası alıb. O, dərhal xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, aktyorun həyatını xilas etmək mümkün olmayıb. Yaxınları Dadaşzadənin vəfat xəbərini təsdiqləyiblər.

Oxunub: 1 064
Oxşar xəbərlər
SON XƏBƏRLƏR