dini radikalizm və ekstremizmlə mübarizə

AZƏRBAYCAN RESPUBLİKASININ XALQ ARTİSTİ, PREZİDENT MÜKAFATÇISI, MİNGƏÇEVİR DÖVLƏT DRAM TEATRININ APARICI SƏHNƏ USTASI ELLA YAQUBOVA ÖLKƏ BAŞÇISI, PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİ 


AZƏRBAYCAN RESPUBLİKASININ XALQ ARTİSTİ, PREZİDENT MÜKAFATÇISI, MİNGƏÇEVİR DÖVLƏT DRAM TEATRININ APARICI SƏHNƏ USTASI ELLA YAQUBOVA ÖLKƏ BAŞÇISI, PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİ
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
SURƏTİ: Azərbaycan Respublikasının birinci-vitse Prezidenti Mehriban xanım Əliyevaya
SURƏTİ: Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsəova
SURƏTİ: Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə xanım Qafarovaya
SURƏTİ: Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh xanım Əliyevaya
SURƏTİ: Azərbaycan Respublikamsının Mədəniyyət Naziri cənab Anar Kərimova
SURƏTİ: Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, Millət vəkili Qənirə xanım Paşayevaya.
Hörmətli cənab Prezident !
Sizə məlumat üçün yazaraq bildirmək istəyirəm ki, mən Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin mükafatçısı, Yeni Azətrbaycan Partiyasının üzvü və 56 illik səhnə fəaliyyəti olan Ella İsmayıl qızı Yaqubova 30 dekabr 1946-cı ildə Gəncə şəhərində anadan olmuşam. 1963-cü ildə Bakı Mədəni-Maarif Texnikumuna daxil olub və 1966-cı ildə həmin texnikumu bitirmişəm. 10 aprel 1966-cı ildə teatr rejissoru, Əməkdar İncəsənət xadimi Həsən Ağayevin dəvəti ilə təyinatla Gəncə Dövlət Dram Teatrında aktrisa olaraq ilk səhnə fəaliyyətinə başlamışam. Daha sonra 1968-ci ildə Mingəçevir Mədəniyyət sarayının nəzdində fəaliyyət göstərən Xalq teatrı truppasının bazasında Mingəçevir Dövlət Dram Teatrı yaradılan zaman köçürmə yolu ilə bu teatra aktrisa olaraq göndərilmişəm. Məhz Mingəçevir Dövlət Dram Teatrı 1969-cu il martın 28-də - Beynəlxalq teatr günü münasibətilə öz pərdələrini Cəfər Cabbarlının “Almaz” pyesinin ilk tamaşası ilə açmış və mən Mingəçevir tamaşaçıları qarşısında debüt olaraq Almaz obrazında çıxış etmişəm. Mingəçevir Dövlət Dram Teatrında 53 illik səhnə fəaliyyətim müddətində 330-dan artıq əsərlərdə bir-birindən maraqlı obrazlarda çıxışlar etmişəm. Mingəçevir Dövlət Dram Teatrında fəaliyyətim müddətində şəxsi təşəbbüsüm ilə aktyor studiyasının yaradılaraq istedadlı gənclərin teatra cəlb edilməsini təmin etmək məqsədilə “Ümid” Teatr studiyasını yaratmışam. Məhz bu təşəbbüs özünü doğrultuğu və region teatrlarında hiss olunan ixtisaslı kadr potensialı probleminin qismən də olsa aradan qaldırılması məqsədilə mənim təşəbbüsümlə Mədəniyyət və Turizm Nazirliyinin 2012-ci ildə əmrinə əsasən digər teatrlarda da “İkinci nəfəs” teatr studiyaları təşkil edilmişdir. Hüseyn Cavidin “Ana” pyesindəki Səlma ana obrazına görə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatına, 1988-ci ildə “Əmək veteranı”, 2013-cü ildə isə “Tərəqqi” medalı həmçinin müxtəlif illərdə və 2021-ci ildə də Prezident mükafatına, 2009-cu ildə Respublikanın Əməkdar artisti, 2018-ci ildə isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülmüşəm. Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüyəm. Bildirmək istəyirəm ki, hal-hazırda Mingəçevir Dövlət Dram Teatrının səhnəsində fəaliyyət göstərən aktyor və aktrisaların hər biri mənim yetirmələrimdir. Mən bu teatrın yeganə sənətkar Xalq artistiyəm. Məlumat üçün Sizə bildirmək istəyirəm ki, Mingəçevir şəhərinin bütün Dövlət tədbirlərində, xalqımızın ağrılı-acılı günlərini əks etdirən Vətənpərvər mövzuda olan “Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik” tamaşa-kompozisiyalarının quruluşçu rejissoru eləcə də ssenari müəllifi olmuşam. Əfqan müharibəsinin 30 illik qələbə yubileyində Əfqan Veteranları Cəmiyyəti tərəfindən və Mingəçevir şəhər İcra Hakimiyyətinin tapşırığı ilə “Ömürdən bir yarpaq” adlı tamaşanın da ssenari müəllifi və quruluşçu rejissoru mən olmuşam. Azərbaycan Respublikası Əfqan Veyteranları Cəmiyyəti tərəfindən mən və ifaçı aktyorlar dəfələrlə təşəkkür məktubu və Fəxri Fərmanla təltif olunmuşuq. Həmçinin qeyd etmək istəyirəm ki, 44 günlük Vətən müharibəsi zamanı Mingəçevir şəhərindən olan qazilərin və şəhid ailələrini yanında olmaqla onlarla sıx münasibətlər yaradıb müəyyən yardımlar belə etmişəm. Mingəçevir Dövlət Dram Teatrının yeganə aktrisası olaraq “COVİD-19” pandemiyası dönəmində şəxsi təşəbbüsümlə dövlət büdcəinə 500 AZN civarında yardım etmişəm. Qeyd etmək istəyirəm ki, səhnə fəaliyyətim müddətində bir necə filmlərə də çəkilmişəm və bu gün də filmlərə çəkilməkdə davam edirəm.
Hörmətli cənab Prezident !
Artıq bu ilin dekabr ayının 30-da mənim 75 yaşım tamam olur. Səhnə fəaliyyətim və sağlamlıq dərəcəm tam olaraq yerindədir. Səhhətimlə bağlı heç bir şikayətim yoxdur. Həmçinin Mingəçevir Dövlət Dram Teatrının repertuarında olan əksər tamaşalarda baş rolların ifaçısıyam. 13 və 17 dekabr 2021-ci il tarixlərində Azərbaycan Respublikasının Mədəniyyət Naziri cənab Anar Kərimova məni qəbul etməsi üçün teleqram ünvanlamışam. Həmçinin Mədəniyyət Nazirliyinə faksla müraciətim olub. Müraciətimin məqsədi bundan ibarət idi ki, mənimlə bağlanmış əmək müqaviləsinin müddətinin uzadılması, 75 illik yubileyimin qeyd edilməsi və Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdünə məni təqdim etmələri üçün xahiş etmişəm. Həmçinin Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Könül Cəfərovaya bu barədə telefon vasitəsilə müraciətim olub. Teleqram və faks müraciətlərimə baxmayaraq Mədəniyyət Nazirliyi tərəfindən bu günə kimi qəbul edilməmişəm. Əgər qəbul edilsəydim bu teatrda baş verən haqsızlıqlar barədə daha geniş müvəssəl məlumatlar verərdim. Hətta müraciətimlə bağlı Mingəçevir şəhərindən seçilmiş millət vəkili Aydın Mirzəzadəyə müraciətlər etsəm də xahişim nəzərə alınmayaraq bu günə kimi müsbət cavab yoxdur. Təəəsüflər olsun ki, teatrın direktoru Anar Quliyev 21 dekabr 2021-ci il tarixində məni qəbul edərək bildirib ki, bu ilin sonunda artıq mənimlə bağlanmış əmək müqaviləsinə xitam veriləçəkdir. Direktor Anar Quliyev hətta onun xəbəri olmadan, ona demədən Mədəniyyət Nazirliyinə bu barədə müraciət və zəng etdiyim üçün iradını bildirməklə əmək müqaviləmə xitam veriləçəyini deyir. Hətta Teatr sektorunun müdiri Könül Cəfərovaya bildirdim ki, yaş həddinə görə 2 % civarında əmək müqviləsinin 6 aydan bir uzadılmasına icazə verildiyi halda mən teatrın yeganə aparıcı səhnə ustası və Xalq artisti kimi fəaliyyət göstərdiyim zaman nə üçün əmək müqaviləmə xitam verilir? Bildirmək istəyirəm ki, bu yaş həddində bir necə teatrda çalışan əməkdaşlarımız var. Maraqlıdır ki, nə üçün onlar işdə saxlanılır ancaq mənimlə bağlanmış əmək müqaviləsinə xitam verilir? Görəsən belə bir qanunun icrası ancaq mənəmi aiddir. Bəşəriyyəti cənginə alan “COVİD-19” pandemiyası dönəmində belə bir qərarın qəbul edilməsi görəsən nə dərəcədə düzgündür? Bildirmək istəyirəm ki, himayəmdə Ağam şəhərindən qacqın-köçkün kimi Mingəçevir şəhərində məskunlaşan 3 nəfər də (qızım və nəvələrim) mənim himayəmdədirlər. Çünki bu şəxslərdən yalnız 1 nəfəri işlə təmin edilib.
Möhtərəm cənab Prezdent !
Siz və eləcə də ölkənin birinci xanımı Mehriban xanım Əliyeva hər zaman Azərbaycan mədəniyyətinə və bu sahədə ömürlərini fəda etmiş sənətkarlarına xüsusi diqqət, qayğı ilə yanaşmısınız. Mənim yaradıcılığıma, səhnə fəaliyyətimə hər zaman diqqət və qayğı göstərmisiniz. Bu gün mənə yenidən qocaman səhnə ustası olaraq köməklik göstərmənizi xahiş etməklə Mingəçevir Dövlət Dram Teatrında əmək müqaviləmin vaxtının uzadılması, 75 illik yubileyimin qeyd edilməsi və Azərbaycan Respublikası Prezidentinin Fərdi təqqüdünün verilməsinə Sərəncam vermənizi xahiş edirəm. Bildirmək istəyirəm ki, ölkəmizin ali fəxri Xalq artisti adını qürurla daşıdığım kim Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdünə layiq görülməyimdə böyük şərəf və qürür hissi olaraq yaşayanacaqdır. Öncədən dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Dərin hörmətlə,


Ella Yaqubova
Azərbaycan Respublikasının Xalq artisti,
Prezident mükafatçısı
22.12.2021, Mingəçevir şəhəri

Oxunub: 4 326
Oxşar xəbərlər
SON XƏBƏRLƏR