» » Bakıda yapon filmləri festivalının açılışı olub

Bakıda yapon filmləri festivalının açılışı olub

Bakıda yapon filmləri festivalının açılışı olub  Yaponiya səfirliyinin təşkilatçılığı ilə "Bakı Yapon Filmləri festivalı"nın açılış mərasimi keçirilib.

Verilən məlumata görə, yapon mədəniyyətinin tanıdılması məqsədi ilə Bakıda 27-29 yanvar tarixlərində 5 yapon filmi nümayiş olunacaq.

Yaponiyanın Azərbaycandakı səfiri Suquo Takahaşi hər il Azərbaycanın müxtəlif bölgələrində filmlərin nümayiş olunduğunu bildirib. O qeyd edib ki, bu dəfə filmlər Bakıda nümayiş olunacaq.

Filmlərin Azərbaycan dilində subtitrlərlə nümayiş olunacağını deyən səfir nümayişə çoxlu sayda tamaşaçıların gələcəyinə ümidvar olduğunu söyləyib: "Düşünə bilərsiniz ki, filmlərin Azərbaycan dilində səsləndirilməsi subtitrlərlə təqdim olunmasından daha yaxşı olardı. Lakin onu deməliyəm ki, alt yazılar orijinal səslənməni saxlamağa imkan verir".
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031