» » Akademik Milli Dram Teatrında “Almaz” tamaşasının premyerası keçirilib

Akademik Milli Dram Teatrında “Almaz” tamaşasının premyerası keçirilib

Akademik Milli Dram Teatrında “Almaz” tamaşasının premyerası keçirilib
Akademik Milli Dram Teatrında “Almaz” tamaşasının premyerası keçirilib
Akademik Milli Dram Teatrında “Almaz” tamaşasının premyerası keçirilibAzərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəfər Cabbarlının “Almaz” tamaşasının premyerası keçirilib.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, premyerada böyük ədibin yadigarı - qızı Gülarə Cabbarlı, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, millət vəkilləri, teatr ictimaiyyəti iştirak edib. İki hissəli dramın yeni səhnə redaksiyasının müəllifi əməkdar incəsənət xadimi Əli Əmirli, elmi məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərovdur.

Yeni səhnə əsərinin müəllifi xalq artisti, Akademik Milli Dram Teatrının direktoru və bədii rəhbəri Azər Paşa Nemətov, rejissorları Anar Sadıqov və Əlif Cahangirli, bəstəkarı xalq artisti Siyavuş Kərimidir.

Tamaşada "Almaz" rolunda əməkdar artist Məsmə Aslanqızı çıxış edib.

Digər rolları xalq artistləri Nurəddin Mehdixanlı (Hacı Əhməd), Rafiq Əzimov (Mirzə Səməndər), Hacı İsmayılov (Aftil), Firəngiz Mütəllimova (Kərbəlayı Fatmansa), əməkdar artistlər Sabir Məmmədov (Şərif), Kazım Abdullayev (İbad), Aslan Şirin (Barat), Əli Nur (Baloğlan), Əjdər Həmidov (Balarza), Ayşad Məmmədov (Ocaqqulu), Elşən Cəbrayılov (Fuad), aktyorlar Rada Nəsibova (Yaxşı) və Mətləb Abdullayev (Sədr) çıxış edirlər.

Səhnə əsərini Ceyran Həsənli idarə edib.

Qeyd edək ki, C.Cabbarlının 1930-cu illər dram yaradıcılığı “Almaz” pyesi ilə başlayır. Əsərin ilk tamaşası 1931-ci il aprelin 13-də göstərilib.
Oxşar xəbərlər
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Ani ölümdən qorunmaq mümkündürmü? Azərbaycanda ölüm cavanlaşır. Xüsusi ilə ürək xəstəliklərindən əziyyət çəkən və ölənlərin sayı Читать далее
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728