dini radikalizm və ekstremizmlə mübarizə

18 Mart - Azərbaycan aktyoru, Teatr direktoru Füzuli Məmmədov vəfat etmişdir!

Baxış Sayı:1 614


Fizuli Şahbala oğlu Məmmədov 26 avqust 1952 - ci ildə Sabirabad rayonu, Muğan Gəncəli kəndində anadan olmuşdur. O, 1968 - ci ildə M.A.Əliyev adına İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsinə daxil olmuş və 1973 - cü ildə universiteti bitirmişdir. 1984 - cü ildə Moskva Ümumittifaq Təkmilləşdirmə İnstitutunun "Teatr iqtisadiyyatı və işinin təşkili" fakültəsinə daxil olmuş və 1986 - cı ildə oranı bitirmişdir. 1973 - 1982 - ci illərdə N.B.Nəzirov adına Lənkəran Dövlət Dram teatrında aktyor işləmişdir. 1982 - 1984 - cü illərdə N.B.Nəzirov adına Lənkəran Dövlət Dram teatrında direktor müavini, direktor vəzifələrində, 1986 - 1988 - ci illərdə "Qaya" ansamblında icraçı direktor və 1988 - 2006 - cı illərdə Dövlət Gənc Tamaşaçılar teatrında direktor müavini vəzifələrində işləmişdir, 1999 - cu ildən Bakı Oksford məktəbində pedaqoq, 2006 - cı ildən Dövlət Pantomima Teatrında direktor işləyir. O, K.Qaldoni "İki sahibin qulluqçusu" – (Trufaldino), V.Şekspir "Qış nağılı" – (Antiqon), A.Safronov " Qəribə həkim" – (Koppuş), N.B.Vəzirov "Hacı Qəmbər" – (Hacı Qəmbər), S.Rəhman "Toy" – (Kərimov), İ.Əfəndiyev "Məhv olmuş gündəliklər" – (Savalan), Elçin "Dəyişmə" – (Keşikçi), A.Mirzəyev "Yolçular" – (Sabirabadlı) tamaşalarında oynamışdır. C.Əmirov "Qara Volqa" – (Sahə müvəkilli), R.İbrahimbəyov "Etimad telefonu" – (Yol polisi), X.Muradov "Azadlığa gedən yollar" – (Salamov), R.Almuradlı "Yük"-(Xırdavatçı) filmlərinə çəkilmişdir.
F.Məmmədov Türkiyədə (Trabzon 01 - 13 may 2006 - ci il 7 - ci uluslar arası Karadeniz tiyatro festivali) Beynəlxalq Teatr Festivalında iştirak etmişdir. 02 aprel 1979 - cu ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
Füzuli Məmmədov 18 mart 2009 - ci ildə 56 yaşında Bakıda infarktdan vəfat etmişdir.


İlham Əliyev

Oxşar xəbərlər
SON XƏBƏRLƏR