» » Xalça Muzeyində "Sədaqət” xalçasının təqdimatı olub

Xalça Muzeyində "Sədaqət” xalçasının təqdimatı olub

Xalça Muzeyində "Sədaqət” xalçasının təqdimatı olubAzərbaycan Xalça Muzeyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Verilən məlumata görə, tədbirdə 20 Yanvar şəhidləri İlham Allahverdiyev və Fərizə Nəbiyevaya həsr edilən, Səməd Təbrizlinin müəllifi olduğu “Sədaqət” xalçasının təqdimatı olub. Mərasimdə 20 Yanvar hadisələrinin şahidi, yazıçı-publisist Əmir Pəhləvan çıxış edərək bildirib ki, sovet imperiyası rəhbərliyinin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın suverenliyini və beynəlxalq hüquq normalarını kobudcasına pozaraq Bakıya yeritdiyi böyük ordu hissələri amansız cinayətlər və kütləvi qırğınlar törədib.

Xalçanın müəllifi Səməd Təbrizli çıxış edərək deyib ki, gələcək nəsillər Azərbaycan tarixinin nişanəsi kimi bu xalçanı muzeylərdə görəcək, sənət nümunəsi onların mənəvi tərbiyəsində böyük rol oynayacaq: “Xalça üzərində uzun müddət iş aparılıb. Xalçanın rəssamlıq işi 3 ay, toxunması 7 ay çəkib. Toxunma zamanı 15 ədəd fərqli qayçıdan istifadə edilib ki, bu da xalçada toxunan rəsmlərin qabarıq forma alması üçün idi”.

Müəllif əlavə edib ki, xalçada 290-dan çox rəngdən istifadə olunub. Təbrizli ustaların toxuduğu sənət əsərinin ölçüsü 1.05-1.55 metrdir.

Anım mərasimində AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi Sahibə Budaqova, “Qürur” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri Naibə Behbudova, 20 Yanvar Cəmiyyətinin sədri Sultan Əzimzadə çıxış edərək öz xatirələrini bölüşüblər.

Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının dramaturq- yazıçısı Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” adlı tamaşasından bir hissə və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin ifasında musiqili kompozisiya nümayiş olunub.
Oxşar xəbərlər
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Ani ölümdən qorunmaq mümkündürmü? Azərbaycanda ölüm cavanlaşır. Xüsusi ilə ürək xəstəliklərindən əziyyət çəkən və ölənlərin sayı Читать далее
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728