dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanın Xalq artisti koronavirusdan vəfat etdi - FOTO

Azərbaycanın Xalq artisti koronavirusdan vəfat etdi - FOTO

Koronavirusa yoluxan Xalq artisti Sabir Əliyev vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə prodüser Sənan Sərdaroğlu məlumat verib.

Qeyd edək ki, 72 yaşlı xanəndə bir müddət bundan əvvəl “COVID-19” diaqnozu ilə xəstəxanaya aparılmış, vəziyyəti ağırlaşaraq reanimasiyaya yerləşdirilmişdi.

Xatırladaq ki, Sabir Əliyev 1948-ci ildə Cəlilabad rayonunda anadan olub. O, 1968-ci ildə tələbə ikən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət edilib və 42 il teatrın muğam bölməsinin solisti olub.

Sabir Əliyev 2017-ci ildə “Xalq artisti” fəxri adına layiq görülüb.

Oxunub: 5 315
Oxşar xəbərlər
SON XƏBƏRLƏR