dini radikalizm və ekstremizmlə mübarizə

Malatyada Azərbaycana dəstək konserti

Baxış Sayı:198

Malatyada Azərbaycana dəstək konserti

Malatya Böyükşəhər Bələdiyəsi 18 Oktyabr Azərbaycan Respublikasnın Müstəqqillik günü və Ermənistanla davam edən müharibədə Azərbaycana Dəstək Konserti Təşkil Edib.

Sfera.az bildirir ki, konsert Malatya Böyükşəhər Bələdiyəsinə bağlı Kültür A.Ş Mehteran komandası tərəfindən verilib. Uzun müddət aradan sonra yenidən fəaliyyətə başlamış komandanın ilk programı Qardaş Azərbaycan üçün təşkil etməkdən qürur duyduğunu bildirən Kültür A.Ş Direktoru Akif Özbildirici hər zaman Qardaş Azərbaycanın yanında olduğunu qeyd edib.

Azərbaycana dəstək olaraq "İki Dövlət, Bir Millət” mövzusunda verilən konsertə, Malatya Böyükşəhər Bələdiyyə Başçısı Səlahəddin Gürkan, MHP İl Başkanı Məsud Samanlı, AK Partiya Malatya Gənclik Şöbə Başçısı Ömər Akın, Malatya Ülkü Ocaqları Başçısı Bayram Işık, Böyükşəhər Bələdiyyəsi səlahiyyətliləri, Azərbaycanlı Tələbələr və yerli vətəndaşlar qatıldı. Türkiyənin Ulu öndəri Gazi Mustfa Kamal Atatürk, Azərbaycanın Ulu Öndəri Heydər Əliyev və Şəhidlərin xatirəsinə bir dəqiqəlik saygı duruşu və hər iki qardaş ölkənin dövlət himnlərinin oxunması ilə başlayan proqram. Malatya İnönü Universitetində Bakalvr təhsili almış və hazırda Malatya İnönü Universitetində Azərbaycanlı tələbələr nümayəndəsi olaraq fəaliyyət göstərən Fuad Həsənovun təşəkkür çıxışı ilə başlayıb.

Həsənov "Biz qədim zamanlardan bu günə qədər qardaşlıq anlayışını yaşayırıq. Ulu Öndərimiz Atatürkün dediyi kimi, Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir deyimini bu günlərdə örnək alınacaq şəkildə yaşayırıq. Hər zaman olduğu kimi bu gün də Azərbaycana ən böyük dəstək Türkiyə dövləti və türk milləti tərəfindən verilir. Can Azərbaycan adınnan hamınıza öz dərin təşəkkürümü bildirirəm", - deyib.

AK Partiya Malatya Gənclik Şöbə Başçısı Ömər Akın və Malatya Ülkü Ocakları Başçısı Bayram Işık Salamlama nitqi söylədikdən sonra hər zaman Azərbaycan Dövlətinin və millətinin yanında olduqlarını söylədilər.

Azərbaycanın Müstəqillik Gününü təbrik edən Böyükşəhər Bələdiyyə Başçısı Selahattin Gürkan, "Azərbaycanın və digər Türk Cümhuriyyətlərinin əbədi olaraq müstəqil qalmalarını diləyirəm. Azərbaycanın mərhum prezidenti belə bir cümlə işlədib: "Biz bir millət, iki dövlətik". Çindən Adriatik dənizinə qədər olan torpaqlar sevgi coğrafiyamızdadır. Bundan əlavə, İslam dünyası bu millətin ürəyindədir. Azərbaycanlı qardaşlarımızı ermənilərin işğal etdiyi ərazilərdə irəlilədiyini görürük. İnşallah işğal altındakı torpaqları qələbə bayramı ilə azərbaycanlı qardaşlarımız bütün dünyaya xəbər verəcəkdir.

Biz bir millət olaraq insanlığı dünyaya öyrədən bir millətik. Tarixə baxdığımızda sinif fərqi olmayan yeganə millət bizim millətimizdir. Bu səbəbdən millətimizlə nə qədər fəxr etsək azdır. İslamı üç qitəyə aparan bu millətdir. Bir azərbaycanlı, bir özbək, bir tatar, bir qırğız, bir avşar, yəni bütün türk tayfalarıdır. Millətimiz güclüdürsə, dövlətimiz güclüdürsə, demək dünyanın bütün məzlum millətləri güclüdür. Bu gün prezidentimiz Rəcəb Tayyib Ərdoğanın "dünya 5-dən böyükdür" ifadəsini hər platformada, hər mühitdə qoruyacağıq. Prezidentimizin də söylədiyi kimi, Şərqi Aralıq dənizindəki hüquqlarımızın qorunmasında, Liviyadakı hüquqlarımızın qorunmasında, Suriyada, Şimali İraqda, Azərbaycanda və Balkanlarda millətimizin hüquq və qanunlarının qorunmasında məzlum millətlərin hüquq və qanunlarının qorunması baxımından qətiyyətlə dayanacağıq. Qorxunun ölümə heç bir faydası yoxdur. Bilirik ki, cəsarət insanları qələbəyə, qorxaqlığı ölümə aparır. Cəsarətli olanlar həmişə qalib gəlmişlər.

İnönü Universitetində oxuyan azərbaycanlı qardaşlarımızla belə bir proqramda bir yerdə olmağımdan qürur duyduğumu bildirmək istəyirəm ”.

Çıxışlardan Sonra Azərbaycanlı Tələbələr Nümayəndəsi Fuad Həsənov, Malatya Böyükşəhər Bələdiyyə Başçısı Səlahəddin Gürkana Təşəkkür Plaketi verib. Başcı da Fuad Həsənova Malatyanın simvolu olan "Kayısı suvineri" hədiyə ediblər.

Daha sonra 60 nəfərdən ibarət olan mehteran komandası, iştirakçılara aralarında "Çırpınırdı Qaradəniz”, "Biz iki dövlət bir millətik” mahnılarınında mehteran takımına bəstələnmiş halı və digər marşlardan ibaret konsert verdi.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR