dini radikalizm və ekstremizmlə mübarizə

Milli Kitabxana “Əhmədiyyə Cəbrayılov – 100” adlı daycesti istifadəçilərə təqdim edib

Baxış Sayı:26

Milli Kitabxana “Əhmədiyyə Cəbrayılov – 100” adlı daycesti istifadəçilərə təqdim edib

Bu il İkinci Dünya Müharibəsinin iştirakçısı, partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, “Armed Mişel”, “Ryus Armed”, “Хаrqo” və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş, Fransanın orden və medalları ilə, o cümlədən “Hərbi medal” ilə təltif olunmuş, xalqımızın igid oğlu Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyi tamam olur.

APA-nın məlumatına görə, bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Əhmədiyyə Cəbrayılov – 100” adlı daycest istifadəçilərə təqdim olunub.

Daycestdə Əhmədiyyə Cəbrayılovun həyatı və keçdiyi şərəfli döyüş yolundan bəhs edən, 2010-2020-ci illərdə ölkə ərazisində müxtəlif dövri nəşrlərdə dərc edilən məqalələr araşdırılmış və diqqətə çatdırılıb.

Daycestin hazırlanmasında əsas məqsəd Əhmədiyyə Cəbrayılovun həyatı və döyüş yolundan bəhs edən məqalələrlə geniş oxucu kütləsini tanış etməkdir. Daycestdə məqalələr illər üzrə, daxildə isə əlifba düzülüşü ilə verilib.

Daycest ilə tanış olmaq istəyənlər http://anl.az/down/Ehmediyye_Cebrayilov.pdf linkindən istifadə edə bilərlər.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR