dini radikalizm və ekstremizmlə mübarizə

Müğənni Aygün Aydın yeni layihə üzərində işləyir

Baxış Sayı:944


Onun yeni klipində hansı tanınmış simalar yer alacaq?

Newscenter.az.29.08.2020. Hərbi vətənpərvərlik mövzularında bir sıra mahnıların ifaçısı, pop-estrada müğənnisi Aygün Aydın sözügedən istiqamətdə daha bir layihə üzərində işləyir.

Bu barədə Newscenter.az-a məlumat verən müğənni deyib ki, növbəti mahnı da Qarabağ mövzusuna aiddir və hazırda “Ana Vətən” adlı mahnının klip çəkilişləri üzərində iş gedir. Aygün Aydın deyib ki, onunla yanaşı, bir sıra tanınmış sənətçilər də klipdə yer alacaq:

“Bu yeni bir layihə, əsərdir. Qarabağ mövzusunda səslənəcək və klip çəkiləcək layihənin rəhbəri, ssenari müəllifi mənəm. Mahnının sözləri ilə djb.az saytının rəhbəri Almaz İlahə Əhmədova, aranjeman Şahin Əhmədov, musiqi isə Murad Zeynallıya məxsusdur”.

Klipdə müğənni Aygün Aydının sevgilisi rolunu oynayan tərəf müqavili tanınmış simalardan biridir. Lakin sənətçi hələlik onun adını sirr olaraq saxlayır.

Aygün Aydın deyib ki, mahnı əsasında çəkiləcək klipdə də baş rolu özü ifa edəcək:

“Klipdə tərəf müqabilim dəyərli insan Mehriban xanım Xanlarova olacaq. O, ana obrazını canlandıracaq. Həmçinin Mehriban Xanlarova mahnı və onun əsasında çəkiləcək klipdə şer parçası da ifa edəcək. Tanınmış sənətçimiz, gözəl səsə malik olan Yusif Mustafayev isə səsləndirdyim musiqinin müəyyən bir hissəsində məlahətli səsi ilə muğam səsləndirəcək. Mahnının kliplə bərabər efirə çıxması nəzərdə tutulub”.

Aygün Aydın sözügedən layihənin baş tutmasında ona dəstək olan hər kəsə, xüsusilə Yusif Mustafayev və Mehriban Xanlarovaya təşəkkürünü bildirib. Müğənni həmçinin klipin ərsəyə gəlməsi üçün imkanları şəxsləri bu layihəyə dəstək verməyə çağırıb.

Müğənni Aygün Aydın yeni layihə üzərində işləyir

Oxşar xəbərlər
SON XƏBƏRLƏR