dini radikalizm və ekstremizmlə mübarizə

Bəstələri ilə qəlblərə xoş - əhval ruhiyyə bəxş edən bəstəkar - müğənni ömrünün xoş anları...


Bu gün istedadlı bəstəkar, gözəl səsə malik olan müğənni və ən əsası gözəl dost olan Emil Elman oğlunun doğum günüdür.
Qardaşım, arzularım çoxdu amma bir cümlə ilə ifadə etsəm pis olmazdı...İlk növbədə maraqlı və mənalı ömür, ən gözəl nemət olan möhkəm can sağlığı arzu edirəm...
Emil Əliyev, Sənin bəstələdiyin və Nigar xanım ilə ifa etdiyin bütün mahnılar, xüsusilə də qəlbləri təlatümə gətirən "Azərbaycan Əsgəri" mahnısı biz dostlar tərəfindən rəğbətlə qarşılanıb.
Bu ilin sonunda geriyə baxdığında arzu edirəm ki, "çox gözəl günlər yaşadım" deyəsən...
Vətənpərvərliyə, dostluğa, insanlığa dəyər, qiymət verən qardaşımdan yeni - yeni bəstələr, yaradıcılıq uğurları diləyi ilə bir daha doğum günün mübarək!
PS. Djb.az-ın kollektivi adından Almaz İlahə olaraq mən də bu gözəl arzulara qoşularaq istedadlı muğənni, bəstəkar Emil Elmanoğlunu təbrik edir ona can sağlığı, ailə xoşbəxtliyi və yaradıcılığında uğurlar arzulayıram.
Uğurların bol olsun gözəl dost, səmimi insan.

Ən xoş arzularla, İlham Əliyev.

Oxunub: 1 532
Oxşar xəbərlər
SON XƏBƏRLƏR