» » “Qızıl qlobus”un laureatları açıqlanıb

“Qızıl qlobus”un laureatları açıqlanıb

“Qızıl qlobus”un laureatları açıqlanıb
“La-La Lend” filmi “Ən yaxşı komediya və ya müzikl” nominasiyasında “Qızıl qlobus” mükafatını alıb.

Djb.az-ın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, film “Ən yaxşı ssenari”, “Ən yaxşı rejissor işi, musiqi və orijinal mahnı” nominasiyalarında da mükafata yiyələnib. Əsas rolların ifaçıları Rayan Qoslinq və Emma Stoun da “Qızıl qlobus”a layiq görülüblər.

”Ən yaxşı dramatik film” adına “Ay işığı”, “Dəniz sahilində Mançester” filmində rol alan Keysi Afflek “Ən yaxşı drama aktyoru”, “O” filmində rol alan İzabel Yupper “Ən yaxşı drama aktrisası” adını qazanıblar.

“Tac” filmi “Ən yaxşı dramatik serial”, “Zveropolis” isə “Ən yaxşı animasiya filmi” seçilib.

Sayca 74-cü “Qızıl qlobus” mükafatının təltifetmə mərasimi Los-Anceles şəhərində keçirilib.
Oxşar xəbərlər
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Ani ölümdən qorunmaq mümkündürmü? Azərbaycanda ölüm cavanlaşır. Xüsusi ilə ürək xəstəliklərindən əziyyət çəkən və ölənlərin sayı Читать далее
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728