» » Mono söhbət..

Mono söhbət..

Mono söhbət..

Mono tamaşa və ya iki nəfərin iştirakı ilə tamaşa... Bu qəbildən olan tamaşalar Azərbaycanda çox az oynanılır. Və təəssüf ki tamaşaçı da bu tamaşalara az meyillidir... Niyə? Məsələn türk bələdiyyə teatrı Bakıya qastrol səfərinə gələndə məhz mono tamaşa ilə gəlmişdi... Amma çox təəssüf ki tamaşaci sona qədər izləməyib salonu tərk edirdi. Bəlkə tamaşaçıda günah yox bu janra çox az az müraciət edən rejissordadi... Əslində mono teatr rejissordan çox aktyorun tamaşasıdır.. Çünki uzun müddət səhnədə tamaşaçı ilə təkbətək qalan aktyor butovlukdə öz istedadını bütün çılpaqlığı ilə tamaşaçıya ötürə bilər... Dünya teatrları mono tamaşaları çox yüksək qiymətləndirir və tamaşaçı izləməyə daha çox meyillidi. Bu Avropada yayılan klub konsertlərinə bənzəyir. Nəticədə kəmiyyət deyil keyfiyyət üzə çıxır... Və özünə güvəni olan aktyor tamaşaçı ilə təkbətək qalmağa üstünlük verir... Bizim teatrlarda da mono tamaşalar yaranir amma çox az. Məsələn kukla teatrı məhz bu tamaşalarla festivallarda çıxış edərək uğur qazandi... Məncə bu gün internetin tüğyan etdiyi bir dövrdə məhz mono tamaşalar və ya iki nəfərin iştirakı ilə oynanılan sənət nümunələri meydana gəlməlidi.. Buna aktyorların da tamaşaçıların da böyük ehtiyacı var.Məhşur Anna Manyani "İnsan səsi" adlı mono əsərdə böyük sənət nümunəsi göstərdi. Kukla teatrında isə Namiq Ağayevin quruluşunda Bülbül tamaşası uğur qazandı. Bu gün çox çətin lakin maraqlı olan mono tamaşalar yaranmalıdı... Məncə buna azərbaycan tamaşaçasının böyük ehtiyacı var.

Təranə Feyzullayeva.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031