dini radikalizm və ekstremizmlə mübarizə

“13 yaşımda bildim ki, əsl anam o deyil…”

“13 yaşımda bildim ki, əsl anam o deyil…”

“Biz ailədə 7 uşaq olmuşuq- 3 bacı, 4 qardaş... Bibimin övladı olmayıb. Nənəm mən anamın bətnində olanda deyib ki, bu qızı verəcəm. Anam mülayim, sakit biri olub. Nənəm məni bibimə verib”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Mələkxanım Əyyubova “Ay Zaur” proqramında deyib. Məşhur xanəndə verilişdə bildirib ki, hələ dünyaya gəlməmişdən əvvəl onu ailəsi başqasına övladlığa verib:

“Biz Şamaxıda, bibim Bakıda yaşayırdı. Bibim Hökümə xanım 3 ildir dünyasını dəyişib. 13 yaşımda bildim ki, əsl anam o deyil. Təbii ki, çox pis oldum. Qoymadılar ki, bu söhbət gizli qalsın! Əsl anam Gülsüm xanım da ondan sonra vəfat etdi. O həmişə deyirdi ki, bağışla, məndən küskün olma ki, səni başqasına vermişəm”.

Bundan əlavə, muğam ifaçısı nişanlı qızının oğlunun dostu ilə ailə quracağını söyləyib:

“Dörd övladım var. İkisini evləndirmişəm, indi qızım nişanlıdır. Onu oğlumun 15 illik dostuna vermişəm. Hər şey birdən-birə baş verdi. Övladımla Amerikada təhsil alıb. Toy barədə isə heç nə deyə bilmərəm. Bizim ailədə sevgiyə sərhəd qoyulmur. Məndə də belədir. Həyat yoldaşım qohumumdur. Allahın qisməti idi. 32 ildir ki, Xosrov müəllimlə evliyəm. Ailə ilə sənətim arasında seçim qarşısında qalmışdım. Ailəmi seçdim! Xanım sənətçilərimizi ailəsiz görəndə çox pis olurdum. Tək böyüdüyüm üçün təklikdən qorxurdum”.

Oxunub: 646
Oxşar xəbərlər
SON XƏBƏRLƏR