dini radikalizm və ekstremizmlə mübarizə

Əbülfəs Qarayev: "ÜDM-də yaradıcı sənayenin payı artacaq"

Əbülfəs Qarayev: "ÜDM-də yaradıcı sənayenin payı artacaq"

Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən yaradıcılıq sənayesinin inkişafına dair yaradılan portala (creative.az) müraciətlər artıb.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Onun sözlərinə görə, portal bütün yaradıcı insanlar arasında müəyyən bir əlaqənin qurulmasına imkan yaradacaq ki, bu əlaqələrin məntiqi nəticəsi ÜDM-də yaradıcı sənayenin payı artacaq və daha da genişlənəcək.

"Azərbaycanda yeni strateji istiqamətlərdən biri olan yaradıcılıq sənayenin formalaşması prioriteti gündəlikdədir və bununla əlaqədar Mədəniyyət Nazirliyi digər nazirliklərə birlikdə müxtəlif layihələr həyata keçirilməkdədir. Əsas odur ki, Azərbaycanda yaradıcı sənayenin formalaşması ilə və onun dəyərləndirilməsi ilə bağlı məsələlər həll olunsun. Bu gün yaradıcılıq sənayenin bazarını müəyyənləşdirmək, onu formalaşdırmaq, vahid statistikanı formalaşdırmaq, biznes və dövlət qurumları arasında münasibətlərin qurulması ilə bağlı qarşılıqlı fəaliyyət istiqamətlərini müəyyənləşdirilməsi olduqca vacibdir", - deyə Ə. Qarayev qeyd edib.

Oxunub: 598
Oxşar xəbərlər
SON XƏBƏRLƏR