dini radikalizm və ekstremizmlə mübarizə

“Teatral komediya”


Bu günlər aktyor evində Müşviq Əliyevin quruluşunda “Teatral komediya” nümayiş olundu. Maraqlı süjet xəttinə malik tamaşa maraqla qarşılandı. Tamaşaçılar oyun içində oyunun şahidi oldular. Tez tez dəyişən səhnələr, tamaşada qırmızı xətlə keçən qadın məkri, sevgisi, münasibətlərin tez tez gərgin hal alması tamaşaçı həyəcanının artmasına səbəb oldu. GTT nın istedadlı aktyorları Elnur Hüseynov, Zümrüd Quliyeva, Kərəm Hadızadə, Elşən Şıxəliyev öz maraqlı performansları ilə diqqətimizi öz üzərilərinə yönəltməyi bacardılar. Belə ki, tez bir zamanda tamaşaçı olaraq, komediyanın yaratdığı abu-havaya köklənə bildik. Baş rolun ifaçısı Zümrüd xanımın oyununu xüsusi qeyd etmək istəyirəm. Aktrisa obrazını bizə tədricən sevdirməyi bacardı. Bu da uğurlu finala zəmin yaratdı. Digər aktyorların oyunu da tamaşanın ümumi ahənginə rəng qatdı. Bildiyəmə görə bu qəbildən olan kiçik tamaşalar müntəzəm nümayiş olunacaq ki, bu da teatr sənətinin rifahına xidmət edəcək.

Təranə Feyzullayeva

Oxunub: 681
Oxşar xəbərlər
SON XƏBƏRLƏR