dini radikalizm və ekstremizmlə mübarizə

“Rəmişin xəstəliyi sağalan deyil, onunla sona qədər dostluq edəcək...”

“Rəmişin xəstəliyi sağalan deyil, onunla sona qədər dostluq edəcək...”
“Həbsxanadan və bir də ölümdən heç kim sığortalanmayıb. Heç kim yaxasını kənara çəkib deyə bilməz ki, mənə heç nə olmayacaq”

Bunu açıqlamasında Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Güllü Hüseynova deyib. G.Hüseynova bir neçə gün öncə həbsdən çıxan müğənni Fədayə Laçına baş çəkdiklərini bildirib:


“Rəmişin xəstəliyi elədir ki, fəsil dəyişdikcə, ona əziyyət verir. İndi də yatıb. Fədayə xanımı ziyarət etməyə getmişdik. Bilirsiniz ki, Fədayə sənətkardı, bülbüldü, qəfəsdən çıxmışdı. Hamımızın borcudur ki, gedib onu ziyarət edək. Həbsxanadan və bir də ölümdən heç kim sığortalanmayıb. Heç kim yaxasını kənara çəkib deyə bilməz ki, mənə heç nə olmayacaq. Hər şey Allahın işidir. Biz Azərbaycan milləti olaraq çətin günlərimizdə bir-birimizə əl tutub, dayaq olmalıyıq. Fədayə xanımla ailəvi dost olmasaq da, məclislərdə görüşmüşük. Ümumiyyətlə, Rəmişin heç kimlə başqa problemi yoxdur. Allah ölkə başçımızı, Mehriban xanım Əliyevanı qorusun. Mehriban xanımın göstərişi ilə həkimlərimiz Rəmişin səhhətiylə məşğul olur. Hardasa əlli faiz irəliləyiş var. Ötən il bu vaxt Rəmiş yeriyə bilmirdi, amma müalicələrin ona çox köməyi oldu. Rəmişin xəstəliyi sağalan deyil, onunla sona qədər dostluq edəcək, çünki ağciyərinə oksigen çatmır. Noyabrın 13-də Rəmişin 75 illik yubileyidi, imkan olsa, əlaqə saxlayarsınız. Hamınıza minnətdarıq, Allah millətimizi qorusun”. (Moderator.az)

Oxunub: 674
Oxşar xəbərlər
SON XƏBƏRLƏR